Avensol LLC

Mülki İşlər üzrə Keyfiyyətə Nəzarət Müfəttişi

Avensol LLC
Ə/h razılaşma ilə
278
Tam iş günü
Neftçala, Azərbaycan
23/09/2026 - 06/10/2026

İş haqqında məlumat

AVENSOL MMC 315 MWac Neftçala Günəş Elektrik Stansiyası Layihəsi üçün Mülki İşlər üzrə Keyfiyyətə Nəzarət Müfəttişi axtarır.

İş şəraiti

  • İş yeri: Neftçala, Azərbaycan
  • Əmək haqqı: Razılaşma yolu ilə
  • Yaşayış: Təmin olunur
  • Qidalanma: Təmin olunur

Əsas vəzifələr

  • Mülki işlərin layihə sənədləri, texniki spesifikasiyalar və keyfiyyət tələblərinə uyğunluğuna nəzarət;
  • Torpaq işləri, qazıntı, dolğu, bünövrə, beton və dəmir-beton işlərinin yoxlanılması;
  • Materialların qəbul və uyğunluq yoxlamalarında iştirak;
  • Sahə inspeksiyaları, ölçmə və testlərin aparılması və sənədləşdirilməsi;
  • Uyğunsuzluqların müəyyən edilməsi və aradan qaldırılmasının izlənilməsi;
  • ITP, inspeksiya protokolları, test nəticələri və digər keyfiyyət sənədlərinin aparılması;
  • Podratçı və subpodratçı işlərinin keyfiyyətinə nəzarət;
  • QA/QC və layihə komandası ilə koordinasiya.

Tələblər

  • İnşaat mühəndisliyi və ya müvafiq sahə üzrə ali təhsil;
  • Civil QC/QA sahəsində müvafiq iş təcrübəsi;
  • Günəş elektrik stansiyası, enerji və ya iri tikinti layihələrində təcrübə üstünlükdür;
  • Beton, armatur, torpaq işləri və bünövrə işləri üzrə bilik;
  • Keyfiyyət sənədləri və inspeksiya prosesləri üzrə təcrübə;
  • İngilis dili biliyi mütləqdir;
  • Texniki sənədlərlə işləmə və komanda ilə əməkdaşlıq bacarığı.