Grand Logistics Center

Müqavilələr üzrə Mütəxəssis

Grand Logistics Center
Ə/h razılaşma ilə
3372
Tam iş günü
Bakı, Azərbaycan
11/03/2026 - 25/03/2026

İş haqqında məlumat

  • Etibarnamələri hazırlamaq və qeydiyyatını aparmaq;
  • Dövlət qurumlarına, biznes subyektlərinə və digər aidiyyəti qurum və təşkilatlara ünvanlanan məktub və müraciətlərin (ərizə, sorğu və. s) tərtib edilməsi və redaktə edilməsi;
  • Müqavilələrin və müqavilə əlavələrinin hazırlanması, onlara hüquqi rəy verilməsi, tamlığına/bütövlüyünə, qanunvericiliyə uyğunluğunun yoxlanılması və bunun təsdiqi, eləcədə icra olunacaq işin predmetinə uyğunlaşdırılması;
  • Müqavilə danışıqlarının hüquqi tərəfdən aparılmasında iştirak etmək, rəy və təklifər vermək;
  • Müqavilənin icrası zamanı yaranmış problemlərin, risklərin təhlil edilməsi və bu istiqamətdə müvafiq tədbirlərin görülərək rəhbərliyə rəy və təkliflərin verilməsi;
  • Müqavilələrin reyestrinin aparılmasını həyata keçirmək;
  • Müqavilə sənədlərinin arxivlənməsinə və konfidensial saxlanmasına nəzarəti təmin etmək;
  • Kontragentlərlə müqaviləyə qədər və müqavilənin icrası zamanı danışıqların aparılması;
  • Bütün sənədlərin (müqavilə, yazışma, məktublar) yoxlanılmasını (şirkət direktorunun təsdiqindən öncə) həyata keçirmək;
  • Müqavilələrə əsasən kreditor borclarla bağlı kontragentlərlə şifahi danışıqların və yazışmaların (pretenziya və bildirişlərin hazırlanması) həyata keçirilməsi;
  • Öz səlahiyyətləri daxilində rəhbərlik tərəfindən verilən digər göstərişlərin icra olunmasını təmin etmək.

Tələblər

  • Ali təhsil;
  • Sənədləşdirmə və yazışma işlərini bacarmalı;
  • Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi
  • Yaxşı səviyyədə kompüter bacarıqları (MS Office proqramları);
  • Güclü ünsiyyət və danışıq qabiliyyəti;
  • Azərbaycan dili səlis, yaxşı səviyyədə ingilis dili biliyi;
  • Komandada işləmək bacarığı;
  • Analitik düşüncə bacarığına sahib olmalı.

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.