AIMC (Azerbaijan International Mining Company)

Müqavilələr və Kommersiya Hüququ üzrə Hüquqşünas

AIMC (Azerbaijan International Mining Company)
Ə/h razılaşma ilə
483
Hibrid
Bakı, Azərbaycan
29/04/2026 - 13/05/2026

İş haqqında məlumat

  • Şirkətin fəaliyyətini kommersiya və müqavilə məsələlərinin effektiv idarə olunması vasitəsilə dəstəkləmək üçün Müqavilələr və Kommersiya Hüququ üzrə Hüquqşünas tələb olunur. Dinamik mühitdə işləyə bilən və hüquqi riskləri kommersiya məqsədləri ilə balanslaşdırmağı bacaran, yalnız nəzəri yanaşma ilə kifayətlənməyən hüquqşünas axtarırıq.
  • Uğurlu namizəd müqavilələrin hazırlanması, yoxlanılması və danışıqlarında əsas rol oynayacaq, satınalma və əməliyyat komandalarını dəstəkləyəcək və müqavilə münasibətlərinin şirkətin hüquqi və kommersiya məqsədlərinə uyğun olmasını təmin edəcəkdir.
  • Bu vəzifə praktik, həll yönümlü yanaşma və biznes tərəfdaşları ilə sıx əməkdaşlıq tələb edir.

Vəzifə öhdəlikləri:

  • Müxtəlif kommersiya müqavilələrinin hazırlanması, yoxlanılması və danışıqlarının aparılması, o cümlədən: Satınalma və podrat müqavilələri, Xidmət müqavilələri, NDA-lar, Təchizat, logistika və texniki xidmət müqavilələri
  • Müqavilə prosesinin bütün mərhələlərində satınalma və əməliyyat komandalarına hüquqi dəstək göstərmək
  • Tender sənədlərinin hazırlanması və yoxlanılmasına dəstək olmaq və tender proseslərində iştirak etmək
  • Hüquqi və kommersiya risklərini müəyyən etmək, aydın şəkildə izah etmək və praktiki risk azaldıcı həllər təklif etmək
  • Müqavilə şərtlərinin vahidliyini təmin etmək və standart şablonları idarə etmək
  • Müqavilə həyat dövrünün idarə olunmasına dəstək vermək (dəyişikliklər, uzadılmalar və s.)
  • Daxili bölmələrlə (əməliyyatlar, satınalma, maliyyə, insan resursları) əlaqə saxlayaraq vaxtında hüquqi dəstək təmin etmək
  • Zərurət olduqda xarici hüquq məsləhətçiləri ilə koordinasiya aparmaq

Təklif edirik:

  • İnkişaf edən mədən şirkətində maraqlı layihələrdə iştirak imkanı
  • Böyük həcmli müqavilələrlə işləmək imkanı
  • Rəhbərliklə birbaşa işləmək imkanı
  • Rəqabətli əmək haqqı paketi

İş yeri: Bakı / Sahə / Hibrid


 

Tələblər

  • Tanınmış universitetdən hüquq üzrə ali təhsil
  • Kommersiya/müqavilə hüququ sahəsində 3–6 il iş təcrübəsi
  • Sənaye, infrastruktur, enerji və ya mədən sektorunda təcrübə üstünlükdür
  • Müqavilələrin hazırlanması və danışıqları üzrə güclü təcrübə
  • Güclü hüquqi yazı bacarıqları və təfərruatlara diqqət
  • Hüquqi məsələləri praktik və aydın formada izah etmək bacarığı
  • Kommersiya düşüncəsi və biznes prioritetlərini anlama
  • Eyni anda bir neçə tapşırığı idarə etmək bacarığı
  • Güclü kommunikasiya və əməkdaşlıq bacarıqları
  • Proaktiv və həll yönümlü yanaşma
  • Azərbaycan və ingilis dillərini sərbəst bilmək

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.