Bakı Metropoliteni

Müqavilələrin təhlili və tərtibatı şöbəsi | Aparıcı mütəxəssis

Bakı Metropoliteni
Ə/h razılaşma ilə
10955
Tam iş günü
Bakı, Azərbaycan
30/01/2026 - 13/02/2026

İş haqqında məlumat

  • Müqavilələrin hazırlanması, razılaşdırılması və icrasına nəzarət; 
  • Müqavilə şərtlərinin qiymətləndirilməsi və hüquqi risklərin təhlili;
  • Korporativ hüquq və normativ aktlarla işləmə;
  • Rəsmi yazışmaların və təqdimatların hazırlanması;
  • Proseslərin planlaşdırılması və icrasına nəzarət;
  • Komanda ilə əməkdaşlıq və təşəbbüskarlıq nümayiş etdirmək;
  • ERP sistemləri və Microsoft Office proqramlarında sərbəst işləmə.

Metropoliten Sizə nə təklif edir?

  • Sabit və etibarlı iş mühiti;
  • Peşəkar komandada inkişaf və karyera imkanları;
  • Metropolitendən ödənişsiz istifadə imkanı;
  • Güzəştli nahar təminatı;
  • Bilgəh Sağlamlıq Mərkəzi və əməkdaşlıq etdiyimiz digər sanatoriyalarda güzəştli istirahət imkanı;
  • Psixoloji dəstək xidməti.

Tələblər

  • Hüquq, iqtisadiyyat və ya idarəetmə üzrə bakalavr/magistr dərəcəsi;
  • Müvafiq sahədə minimum 3–5 il iş təcrübəsi;
  • Dövlət satınalmaları və ya korporativ satınalma prosedurları üzrə təcrübə üstünlükdür;
  • Satınalma və təchizat prosedurları, tender prosesləri barədə bilik;
  • Təchizat, satınalma və ya müqavilələrin idarə olunması sahəsində əlavə sertifikatlar arzuolunandır;
  • Mülki və müqavilə hüququnun əsaslarını bilmək;
  • Analitik düşüncə və hesabat hazırlamaq bacarığı;
  • Etik davranış və məxfilik prinsiplərinə riayət
  • Dil bilikləri: rus və ingilis dili mütləqdir.