Honours Academy

Müştəri Əlaqələri üzrə Mütəxəssis

Honours Academy
Ə/h razılaşma ilə
737
Tam iş günü
Bakı, Azərbaycan
19/01/2026 - 02/02/2026

İş haqqında məlumat

  • Fərdi müştərilərlə ilk əlaqəni qurmaq, təlim proqramları, qeydiyyat və ödəniş prosesləri barədə məlumatlandırmaq;
  • Qeydiyyat, ödəniş və müqavilə proseslərini icra etmək, tələbə məlumatlarını dəqiq şəkildə sənədləşdirmək və bazanın aktuallığını qorumaq;
  • Gələn zəng, mesaj və sorğulara (sosial media, “WhatsApp” və s.) operativ və nəzakətli şəkildə cavab vermək;
  • Ofisə gələn şəxsləri qarşılamaq, ehtiyaclarını müəyyənləşdirib müvafiq istiqamətləndirməni həyata keçirmək;
  • İmtahan otaqlarını və avadanlıqları hazır vəziyyətə gətirmək, iştirakçıların qeydiyyatını və şəxsiyyət yoxlamasını aparmaq;
  • İmtahan prosesinə nəzarət etmək: qaydaların icrası, texniki və inzibati problemlərə operativ müdaxilə, vaxtın idarə olunması;
  • Qayda pozuntuları və insidentlər barədə protokol və hesabatların hazırlanması;
  • İmtahan sonrası materialların və nəticələrin təhlükəsiz toplanması, sertifikat və digər inzibati işlərin icrası.

Təklif etdiyimiz imkanlar:

  • Peşəkar və dəstəkləyici komanda mühiti;
  • Müxtəlif və dinamik iş prosesi;
  • Əməkhaqqı müsahibə əsasında müəyyən olunacaq;
  • Performansa əsaslanan bonus sistemi;
  • Peşəkar inkişaf və yüksəliş imkanları.

İş qrafiki və istirahət günləri:

  • Həftədə 6 gün;
  • Növbəli iş rejimi;
  • İstirahət günü həftə içində verilir.

Tələblər

  • Biznes, Marketinq və ya əlaqəli sahələr üzrə bakalavr dərəcəsi;
  • Müştəri xidməti, satış və ya əməliyyatlar sahəsində minimum 1–2 il iş təcrübəsi;
  • Yüksək səviyyədə Azərbaycan və İngilis dillərində səlis danışıq və yazı bacarığı;
  • Güclü ünsiyyət və insanlarla işləmək bacarığı, müştəriyönümlü yanaşma;
  • Yüksək təşkilatçılıq qabiliyyəti, məsuliyyət və eyni anda bir neçə tapşırığı idarə edə bilmə bacarığı;
  • Operativ qərarvermə bacarığı və diqqətlilik;
  • “Google Workspace” (“Docs”, “Sheets”, “Forms” və s.) ilə işləmək bacarığı;
  • Təlim, tədbir və sistem idarəçiliyi üzrə baza bilikləri;
  • Həftəsonları daxil olmaqla növbəli iş qrafikində işləməyə hazırlıq.

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.


Oxşar vakansiyalar