Esen tekstil

Müştəri təmsilçisi

Esen tekstil
Ə/h razılaşma ilə
666
Tam iş günü
Bakı, Azərbaycan
21.08.2025 11:26 - 21.09.2025 12:00

İş haqqında məlumat

  • Müştərilərdən gələn zənglərə, e-maillərə və onlayn sorğulara vaxtında və nəzakətlə cavab vermək;
  • Müştərilərə məhsul və xidmətlər barədə dəqiq və ətraflı məlumat təqdim etmək;
  • Şikayət və narazılıqları dinləmək, səbəbini təhlil etmək və düzgün yönləndirmə aparmaq;
  • Müştəri sorğularını daxili sistemlərə düzgün şəkildə daxil etmək və izləmək;
  • Lazım olduqda aidiyyəti şöbələrlə koordinasiyalı işləyərək müştəriyə cavabın çatdırılmasını təmin etmək;
  • Müştəri məmnuniyyəti ilə bağlı rəy toplamaq və təkmilləşdirmə təklifləri vermək;
  • Proseslərin gedişatında və sona çatdırılmasında fəal iştirakı və nəzarəti tamamlamaq;
  • Xidmət standartlarına və etik davranış qaydalarına uyğun fəaliyyət göstərmək.

İş şəraiti

  • İş yeri: Abşeron rayonu yeni Saray yolu 1.5km;
  • İş rejimi: Tam ştat;
  • Əmək haqqı: Müsahibə əsasında ;
  • İş rejimi: Tam ştat (Bazar ertəsi – Cümə, 09:00 – 18:00), nahar və nəqliyyat şirkət tərəfindən qarşılanır.

Maraqlanan namizədlərdən CV-lərini PDF formatında, mövzu sətrində “Müştəri təmsilçisi” yazmaqla Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Qeyd: Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaq.

Tələblər

  • Ali təhsil;
  • Tekstil sahəsində və müştəri xidmətləri sahəsində minimum 3 il təcrübə;
  • Azərbaycan dilində səlis danışmaq və yazmaq bacarığı, Rus və İngilis dili biliyi üstünlükdür ;
  • Gülərüzlük, nəzakət, diqqətlilik və dinləmə bacarığı;
  • Stressə davamlılıq və eyni anda çoxsaylı sorğularla işləmə qabiliyyəti;
  • Komandada işləmək bacarığı;
  • CRM proqramında işləmə bacarığı;
  • Yüksək məsuliyyət və peşə etikası.