Esen tekstil

Müştəri təmsilçisi

Esen tekstil
1400 ₼
317
Tam iş günü
Bakı, Azərbaycan
12/06/2026 - 26/06/2026

İş haqqında məlumat

  • Təmsilçi olaraq müştərilərin məlumatları (rekvizitlərini, əlaqə qaydasını, hüquqi və faktiki ünvanı) toplayır və müştəri bazasına qeyd edir;
  • Camiyyətin təqdim etdiyi mal və xidmətlərin qiymətlərindəki dəyişikliklərlə, avadanlıqların təchizat müddətləri ilə bağlı müştəriləri məlumatlandırır;
  • Müştərilərlə əlaqə yaradır;
  • Müştəri tərəfindən ödənişlərin həyata keçirilməsinə nəzarət edir və rəhbərliyi məlumatlandırır; 
  • Malların anbardan çıxarılıb müştəriyə göndərilməsi üçün mal tələbnaməsini yazır;
  • Malların müştəriyə çatdırılmasını təmin edir;
  • Malların təchizat müddətlərinin əməl edilməsinə nəzarət edir, malların təchizatı yubanarsa, öz rəhbərini məlumatlandırır;
  • Vaxtında reaksiya vermək məqsədilə avadanlıqlar çatdırıldıqdan sonra müştəridən avadanlıqların xüsusiyyətlərinə uyğunluğu, qablaşdırmanın düzgünlüyü, istehsalçı tərəfindən və ya daşınma zamanı qüsurların mövcud olub-olmaması barədə informasiya toplayır;
  • Müqavilələrin icrası ilə bağlı müştərilərin pretenziyalarının uçotunu aparır və Rəhbərliyi məlumatlandırır;
  • Prezentasiya və sərgilərin hazırlanmasında iştirak edir, Sərgi və prezentasiyalardan daxil olan informasiyaları qeydə alır.
  • Görülən işlərinin hesabatını rəhbərliyə təqdim edir.

İş şəraiti:

  • İş vaxtı 09:00 - 18:00 (5 günlük iş həftəsi)
  • Şirkət tərəfindən-  nahar, korporativ nömrə və digər ofis ləvazimatları ilə təmin olunur.
  • Əmək haqqı 1400 AZN  
  • Ünvan Yeni Saray yolu 1.5 km

Tələblər

  • Ali təhsil 
  • Şirkətin məhsullarını müştərilərə təqdim etmək
  • Müştərilərin istəklərini tələblərini şərtlərə uyğun icra etmək.
  • Azərbaycan, səlis (rus, ingilis dilləri) arzuolunabdır.
  • Analitik düşünmə qabiliyyəti
  • Ofis proqramları bilmək,
  • Verilən tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək
  • Qeyd olunan sahədə 3 ildən az olmayan əmək təcrübəsi.

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilərlər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.