hrin.az
Reklam
Azəristiliktəchizat ASC

Müştəri xidmətləri üzrə iqtisadçı

Azəristiliktəchizat ASC

Əmək haqqı: Razılaşma

47523 oktyabr 2026
TəcrübəYoxdur
İş qrafikiTam iş günü
ŞəhərBakı
CinsFərq etməz
Yaş18-65
Kompüter bilikləriYaxşı
TəhsilBakalavr
Azərbaycan diliYaxşı
Rus diliYoxdur
İngilis diliYoxdur

İş haqqında

Vəzifə öhdəlikləri:

  • İstilik enerjisinin satışı üzrə uçotun aparılması və satış göstəricilərinin təhlil edilməsi;
  • Abonentlər üzrə hesablanmış məbləğlərin, daxil olmuş ödənişlərin və debitor borclarının uçotunun aparılması;
  • İstilik enerjisinin satışına, ödənişlərə və debitor borclarına dair dövri hesabatların hazırlanması;
  • Vətəndaşların istilik enerjisinin hesablanması, borc məbləğləri və ödənişlərlə bağlı müraciətlərinin araşdırılması, cavablandırılması;
  • Abonentlər üzrə borcların yaranma səbəblərinin araşdırılması və borcların azaldılması istiqamətində təkliflərin hazırlanması;
  • Ödənişlərin vaxtında və düzgün həyata keçirilməsinin təşkili istiqamətində müvafiq işlərin görülməsi;
  • Abonent uçotu və hesablaşmalarla bağlı uyğunsuzluqların araşdırılması və aradan qaldırılması üçün aidiyyəti üzrə tədbirlərin görülməsi;
  • Rəhbərlik tərəfindən verilən xidməti tapşırıqların vaxtında və keyfiyyətlə icra edilməsi.

Namizədlərə tələblər aşağıdakı kimidir:

  • İqtisadiyyat, maliyyə, mühasibat uçotu və ya əlaqəli ixtisaslar üzrə ali təhsil;
  • Müvafiq sahə üzrə iş təcrübəsi arzuolunandır;
  • Microsoft Office proqramlarında, xüsusilə Microsoft Excel proqramında sərbəst işləmək bacarığı;
  • Hesabatların və xidməti sənədlərin hazırlanması bacarığı;
  • Analitik düşünmə və məlumatları təhlil etmək qabiliyyəti;
  • Vətəndaş müraciətləri ilə işləmək və rəsmi yazışmalar aparmaq bacarığı;
  • Dəqiqlik, məsuliyyətlilik, operativlik və ünsiyyət qurmaq bacarığı.

İş mühiti

  • İş yeri: Qaradağ rayonu, Lökbatan qəsəbəsi və Müşfiqabad qəsəbəsi.
  • Vəzifə funksiyaları təsdiq olunmuş vəzifə təlimatlarına əsasən icra olunur. 
  • İş vaxtı- Bazar ertəsi-cümə  08:30-17:30
  • Əmək bazarına uyğun rəqabətli əmək haqqı təklif olunur. 
Reklam