Bakı,
Azərbaycan
21/05/2026
-
04/06/2026
İş haqqında məlumat
- Müştərilərin cəld və gülərüz qarşılanması;
- Müştərilərə lazım olan ilkin məlumatın verilməsi;
- Müştərilərin lazımı şəxsə istiqamətləndirilməsi;
- Salona gələn zənglərin cavablandırılması və yönləndirilməsi;
- Şirkətə ünvanlanmış məktub və digər sənədlərin qəbul edilməsi, yaxud aidiyyatı struktur vahidlərinə verilməsinin təşkili;
- Müştəri məlumatlarının mərkəzi bazaya işlənməsi;
- Müştəri sorğularının aparılması.
İş şəraiti:
- İş qrafiki: 6 günlük iş həftəsi (6-cı gün qısa iş günü)
- İş vaxtı: 09.00-dan 18.00-kimi
Əmək haqqı:
- Başlanğıc aylıq məvacib 600-700 manat təşkil edir (Müsahibə əsasında namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin olunacaq)
- AR Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat
Tələblər
- Təhsil : Natamam ali
- İş təcrübəsi : 1 ilə kimi
- Cins: Xanım namizədlər
- Azərbaycan və rus dillərində sərbəst ünsiyyət qurmağı bacarmalıdır (ingilis dilini bilməsi arzuolunandır);
- MS Office proqramlarında işləmə bacarığı;
- Gülərüz, ünsiyyətcil,məsuliyyətli və diqqətli olmalı;
- Xoşagələn xarici görünüş;
- İnkişafa meyilli olmalı;
- Kollektivlə işləməyi bacarmalı;
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.
Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz! Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.