Bakı,
Azərbaycan
09.08.2025 15:13
-
09.09.2025 15:13
İş haqqında məlumat
- Müştərilərdən daxil olan müraciətləri (zəng, e-poçt və digər kanallar) qəbul etmək, servis tələblərini qeydiyyata almaq və aidiyyəti üzrə texniki komandaya yönləndirmək;
- Şirkətin avtomatlaşdırılmış informasiya sisteminə müştəri və xidmət məlumatlarını düzgün və vaxtında daxil etmək;
- Servis sifarişlərinin icrasını izləmək və müştərilərə statuslar barədə məlumat vermək;
- Müştəri məmnuniyyətini təmin etmək və xidmət sonrası izləmə zəngləri həyata keçirmək;
- Müştərilərin şikayət və iradlarını operativ şəkildə cavablandırmaq;
- Servis xidmətlərinin keyfiyyətinin təkmilləşdirilməsinə dair təkliflər vermək;
Tələblər
- Təhsil: Ali (idarəetmə, marketinq, kommunikasiya və ya digər müvafiq sahələrdə)
- Təcrübə: Müştəri xidmətləri və ya əlaqəli sahədə minimum 1-2 il
- Yaş həddi: 22-35
- Dil bilikləri: Azərbaycan və rus dilləri - səlis (şifahi və yazılı), digər dillər - arzuolunandır.
- Texniki biliklər və bacarıqlar: “MS Office” proqramlar toplusundan sərbəst istifadə, “CRM” və ya “ERP” sistemləri ilə iş təcrübəsi üstünlükdür
- Davranış səriştələri:
- Ünsiyyət və komanda ilə işləmə;
- Problem həlletmə və detallara diqqətlə yanaşma;
- Dəqiqlik, operativlik və nəticəyönümlülük;
- Məsuliyyət və təşəbbüskarlıq;
- Son müraciət tarixi: 15.08.2025-ci il.