MAYAK Residence

Müştəri xidmətləri üzrə mütəxəssis

MAYAK Residence
Ə/h razılaşma ilə
521
Tam iş günü
Bakı, Azərbaycan
06.10.2025 09:52 - 06.11.2025 12:00

İş haqqında məlumat

  • Şirkətə daxil olan məktubların qəbul olunması, qeydiyyata alınması və şöbələrə təqdim olunması;
  • Qonaqlarla görüşlərin təşkil olunması;
  • Ofisə daxil olan müştərilərin qarşılanması və yönləndirilməsi;
  • Zərurət yarandığı halda müştərilərə tikintinin vəziyyəti, mənzillər, ödəmə şərtləri barədə ilkin məlumatların verilməsi;
  • Daxil olan zənglərin cavablandırılması, satış və kampaniyalar haqqında müştərilərə ətraflı məlumatların verilməsi;
  • Müştərilər haqqında statistik məlumatların hazırlanması, aidiyyəti üzrə şöbəyə məlumatın verilməsi;
  • Birbaşa rəhbəri tərəfindən verilən vəzifə öhdəliklərinə aid olan digər tapşırıqların həyata keçirilməsi.

İş şəraiti

  • İş qrafiki: 5 günlük iş qrafikinə əsasən tənzimlənir (istirahət günləri növbəli qrafik əsasında həftə ərzində 2 gün olmaqla tənzimlənir);
  • Əməkhaqqı: Müsahibə əsasında müəyyən olunur;
  • İş yeri: Mayak Residence layihəsi (Zığ qəsəbəsi).

Müraciət qaydası:
Uyğun namizədlərdən CV-lərini mövzu yerinə “Müştəri xismətləri üzrə mütəxəssis” qeyd edərək, Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Qeyd: Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.


 

Tələblər

  • Ali təhsil;
  • Kompüter biliyi (İnternet, MS Word, MS Excel, MS Outlook);
  • Rus dilində danışıq qabilliyyəti və ünsiyyət bacarığı olması üstünlük hesab edilir;
  • Müştəri xidmətləri üzrə təcrübənin olması üstünlük hesab edilir.
  • Təşkilati bacarıqlar;
  • Yazılı və şifahi ünsiyyət bacarığı;
  • Yüksək etik davranış qabiliyyəti;
  • Səbrli və məsuliyyətli olmalı.