Araş firması

Müştəri xidmətləri üzrə mütəxəssis

Araş firması
Ə/h razılaşma ilə
554
Tam iş günü
Bakı, Azərbaycan
17/11/2025 - 17/12/2025

İş haqqında məlumat

  • Müştərilərdən daxil olan müraciətləri (zəng, e-poçt və digər kanallar) qəbul etmək, servis tələblərini qeydiyyata almaq və aidiyyəti üzrə texniki komandaya yönləndirmək;
  • Şirkətin avtomatlaşdırılmış informasiya sisteminə müştəri və xidmət məlumatlarını düzgün və vaxtında daxil etmək;
  • Servis sifarişlərinin icrasını izləmək və müştərilərə statuslar barədə məlumat vermək;
  • Müştəri məmnuniyyətini təmin etmək və xidmət sonrası izləmə zəngləri həyata keçirmək;
  • Müştərilərin şikayət və iradlarını operativ şəkildə cavablandırmaq;
  • Servis xidmətlərinin keyfiyyətinin təkmilləşdirilməsinə dair təkliflər vermək;
  • Əmək haqqı müsahibə zamanı namizədin bilik və bacarıqlarına əsasən müəyyənləşdiriləcəkdir.

Göstərilən tələblərə cavab verən namizədlərdən vəzifə adını “Mövzu” bölməsində qeyd etməklə CV-lərin [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur.

  • Yalnız uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.

 

Tələblər

  • Təhsil: Ali (idarəetmə, marketinq, kommunikasiya və ya digər müvafiq sahələrdə);
  • Təcrübə: Müştəri xidmətləri və ya əlaqəli sahədə minimum 1-2 il;
  • Yaş həddi: 22-35;
  • Dil bilikləri: Azərbaycan və rus dilləri - səlis (şifahi və yazılı), digər dillər - arzuolunandır;
  • Texniki biliklər və bacarıqlar: “MS Office” proqramlar toplusundan sərbəst istifadə, “CRM” və ya “ERP” sistemləri ilə iş təcrübəsi üstünlükdür.

Davranış səriştələri:

  • Ünsiyyət və komanda ilə işləmə;
  • Problem həlletmə və detallara diqqətlə yanaşma;
  • Dəqiqlik, operativlik və nəticəyönümlülük;
  • Məsuliyyət və təşəbbüskarlıq.