Colibri Express MMC

Müştəri xidmətləri üzrə mütəxəssis

Colibri Express MMC
600 ₼
386
Tam iş günü
Bakı, Azərbaycan
22/12/2025 - 05/01/2026

İş haqqında məlumat

  • Məlumat mərkəzinə müxtəlif mənbələrdən, sosial şəbəkələrdən  daxil olan zənglərin və  müraciətlərin cavablandırılması; 
  • Gün ərzində daxil olan zənglərin, müraciətlərin qeydiyyatının aparılması;
  • Müştərilərə tam doğru və dolğun məlumatın verilməsi; 
  • Gələn zənglərin və müraciətlərin uyğun namizədə yönləndirilməsi; 
  • Müştəri sorğularının qeyd edilməsi və müvafiq olaraq cavablandırılması;
  • Daxil olan müştəri şikayətlərinə baxılması, həll edilməsi və müvafiq istiqamətlərə yönləndirilməsi; 

İş şəraiti:

  • İş günləri: Həftənin 1-6-cı günləri. Bazar günü: Qeyri-iş günü
  • İş vaxtı: 10:00-19:00; şənbə günü 10:00-16:00
  • Ünvan Bakı, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi 251
  • Nahar vaxtı mövcuddur.
  • Əmək haqqı: 600 AZN

Tələblər

  • Azərbaycan, rus dili mütləqdir
  • Beynəlxalq yüklərin daşınması və e-ticarət sahəsində minimum 1 il iş təcrübəsi arzuolunandır.
  • Oxşar işdə ən azı 3-6 ay təcrübə arzuolunandır. 
  • Kompyuter və ofis proqramlarından sərbəst istifadə etmək bacarığı
  • Yaş həddi: 20-40
  • Xanım və bəy namizədlər
  • Stress vəziyyətində düzgün qərar qəbul etmək bacarığı

Maraqlanan namizədlər cv-lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.