Bakı,
Azərbaycan
29/12/2025
-
12/01/2026
İş haqqında məlumat
- Şirkətə müraciət edən tələbələr və valideynlərlə telefon, e-mail və sosial şəbəkələr vasitəsilə operativ ünsiyyət;
- Daxil olan sorğuların qeydiyyata alınması və CRM sisteminə düzgün şəkildə əlavə olunması;
- Müşahidə edilən suallar və müraciətlər əsasında tələbələri uyğun şöbələrə yönləndirmək;
- Müraciət prosesində tələbələrə dəstək göstərmək və yaranan sualların cavablandırılması;
- Müştəri məmnuniyyətinin təmin edilməsi və xidmət keyfiyyətinin daim yüksək səviyyədə saxlanılması;
- Şikayətlərin və müraciətlərin operativ şəkildə araşdırılıb həll olunması;
- Şirkət tədbirlərində və görüşlərdə iştirak edərək tələbələrə yerində məlumat verilməsi;
- Günlük, həftəlik və aylıq hesabatların hazırlanması və rəhbərliyə təqdim olunması.
Tələblər
- Ali təhsil;
- Minimum 1 il müştəri xidmətləri, call-center və ya administrativ sahədə təcrübə;
- Azərbaycan dilində mükəmməl nitq mədəniyyəti; Ingilis dili biliyi vacibdir; Rus dili üstünlükdür;
- Güclü kommunikasiya bacarıqları, nəzakətli və peşəkar ünsiyyət tərzi;
- Dinləmə, anlama və problemi tez həll etmə bacarığı;
- Stressi idarə etmək və çətin müştərilərlə peşəkar davranmaq bacarığı;
- Komandada işləmə və eyni zamanda müstəqil qərar vermə qabiliyyəti;
- CRM sistemləri və Microsoft Office proqramlarından istifadə bacarığı;
- Punktuallıq, məsuliyyət və yüksək iş mədəniyyəti.