Bakı,
Azərbaycan
12/06/2026
-
12/07/2026
İş haqqında məlumat
Komandamıza brend anlayışı olan, müştəri təcrübəsini yüksək səviyyədə təqdim edə bilən, ünsiyyətdə nəzakətli və məsuliyyətli əməkdaş axtarırıq.
- Soyuq zənglərin edilməsi və sosial şəbəkələrdə olan sorğuların idarə olunması;
- Yüksək səviyyədə müştəri xidmətinin təmin olunması;
- Daxil olan müraciətlərin operativ cavablandırılması və satışa yönləndirilməsi;
- Müştərilərə məhsul və xidmətlər, eləcə də mövcud kampaniyalar haqqında düzgün və dolğun məlumat verilməsi.;
- Daxil olan müraciət və şikayətlərin müvafiq şöbə və şəxslərə yönləndirilməsi.
İş şəraiti:
- Əmək qanunvericiliyinə uyğun rəsmiləşdirmə;
- İş qrafiki: Həftədə 5 gün saat 09:00-18:00;
- İş yeri:Bakı şəh,Xətai ray, Qaçaq Nəbi 3A;
- Əmək haqqı: Namizədin bilik və bacarıqlarına əsasən müəyyən ediləcək;
- Peşəkar inkişaf və təlim imkanları;
- Korporativ nömrə.
Tələblər
- Güclü ünsiyyət və təqdimat bacarığı;
- Brend dəyərlərini anlayan və qoruyan yanaşma;
- Müştəriyönümlü və nəzakətli ünsiyyət;
- Operativlik və yüksək məsuliyyət hissi;
- Komanda ilə harmonik işləmə bacarığı;
- Təhsil - Orta və ya ali təhsil;
- Sahə üzrə ən az 1 il iş təcrübəsi;
- Dil bilikləri -Azərbaycan,rus dillərini yüksək səviyyədə bilmək.(İngilis dili arzuolunandır).
Müraciət etmək istəyən namizədlərdən CV-ni [email protected] email ünvanına göndərməkləri xahiş olunur.
Vakansiyanın tələblərinə uyğun namizədlər müsahibəyə dəvət ediləcək