Bakı,
Azərbaycan
25/12/2025
-
25/01/2026
İş haqqında məlumat
- Hazırda Turkish Airlines-a xidmət göstərən layihəmiz üçün müştəri nümayəndələri axtarırıq.
- Positive Call Center-də peşəkar komandaya qoşularaq inkişaf edə və uğurlu karyera qura bilərsiniz.
- Müştəri nümayəndəsi vəzifəsində sizə daxil olan zənglərin cavablandırılması və dəyərli müştərilərimizə yüksək səviyyədə xidmət göstərilməsi tapşırılacaqdır.
- Təlim müddətini başa vurduqdan sonra işə başlayacaqsınız və aylıq performans qiymətləndirilməsi aparılacaqdır. Əməkdaşlar əsas əmək haqqı ilə yanaşı, performansa əsaslanan bonus sistemi üzrə də əlavə gəlir əldə edə bilərlər.
- Performans qiymətləndirilməsi hər rübdə keçirilir və uğurlu işçilərə əmək haqqı artımı tətbiq olunur.
- Növbəli iş sistemi həftədə 6 gün, gündəlik 8 saat 30 dəqiqə (1 saat nahar/fasilə daxil olmaqla) təşkil edir. Növbələr həftəlik dəyişir və səhər, günorta, axşam və gecə növbələrini əhatə edir (00:00-dan sonrakı növbə dəyişikliyi üçün servis xidməti mövcuddur). Uyğun növbə həlləri qarşılıqlı razılaşma əsasında həyata keçirilir.
Əlavə məlumat:
- Servis şirkət tərəfindən təmin edilir;
- Əmək müqaviləsi ilə rəsmi qeydiyyat təmin olunur;
- Maaşdan əlavə Mükafatlandırma sistemi mövcuddur.
- Həftədə 1 gün istirahət;
- Növbəli iş qrafiki: səhər, günorta, axşam və gecə növbələri
Tələblər
- Namizədlərin yaşı 19-35 arasında olmalıdır.
- İngilis dili yaxşı səviyyədə bilməlidir (B2-C1).
- Nitq qabiliyyəti, Ingilis dilində səlis danışıq qabiliyyəti.
- Növbəli işləmə.(Səhər, Günorta, Axşam, Gecə)
- Microsoft Office proqramları ilə işləmək bacarığı.
Əgər siz İngilis dilinizi inkişaf etdirmək, müştəri xidməti sahəsində təcrübə qazanmaq və mehriban, sosial mühitdə çalışmaq istəyirsinizsə, CV-nizi email vasitəsilə göndərə, əlavə məlumat üçün telefonla əlaqə saxlaya, həftə içi günlərdə saat 09:00–18:00 arası Nizami küç., AF Business House ünvanında yerləşən ofisimizə yaxınlaşa və ya rəsmi link üzərindən müraciət edə bilərsiniz.
Müraciət Qaydası:
Maraqlanan namizədlərdən CV-lərini [email protected] ünvanına “Customer Service Representative” mövzusu ilə göndərmələri və ya birbaşa olaraq rəsmi karyera səhifəmiz vasitəsilə müraciət etmələri xahiş olunur: https://www.positivecc.com/career.
Telefon: (012) 599-88-78