

Müştəri Xidmətlərinin Mükəməlləşdirilməsi üzrə Menecer/ Customer Service Excellence Manager
Azerconnect LLC
Ə/h razılaşma ilə
1805
Tam iş günü
Bakı,
Azərbaycan
05.08.2025 04:46
-
05.09.2025 12:00
İş haqqında məlumat
- Azerconnectin və onun əməkdaşlıq etməkdə olduğu şirkətlərin məhsul və xidmətləri, mövcud məhsul və xidmətlərə edilən dəyişikliklər, proses və prosedurları və onlara edilən dəyişikliklər barəsində təlimlərin koordinasiyası və reallaşdırılmasına nəzarət etmək;
- Komandanın idarə edilməsinə, o cümlədən gündəlik iş axınına, fəaliyyətinin effektivliyinə nəzarət etmək;
- Müştəri xidməti komandalarının texniki və funksional bacarıqlarını gücləndirmək üçün strukturlaşdırılmış proqramlar hazırlamaq;
- Öyrənmə ehtiyaclarının müəyyən etmək, təlim programın keyfiyyətinə və onların effektivliyinə nəzarət etmək;
- Məhsullar, xidmətlər, proseslər və prosedurlarla bağlı bütün yeniliklərin və dəyişikliklərin daxili təlim materiallarında əks olunmasını təmin etmək;
- Əməkdaşların məhsullar barədə biliklərini ölçmək və öyrənmə nəticələrini izləmək məqsədilə qiymətləndirmə testlərin hazırlanması və həyata keçirilməsinə rəhbərlik etmək;
- İş öhdəlikləri çərçivəsində lazımi hesabatları hazırlamaq, paylaşmaq və nümayiş etdirmək;
- İdarə etdiyi komandanın motivasiyasından və mentorluğundan məsuldur, müvafiq təlim ehtiyaclarını müəyyənləşdirir və tətbiqini təmin edir;
- Vəzifə öhdəliklərini və rəhbərlik tərəfindən verilən sifahi/ yazılı tapşırıqları icra etmək;
- Şirkətə aid məlumatların məxfiliyini təmin etmək;
- İdarə: Müştəri Əməliyyatları İdarəsi ;
- İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək. İşin tələblərinə əsasən ofisdən və evdən çalışa biləcəksiniz.
Biz nə təklif edirik?
- Rəqabətli kompensasiya;
- Performans əsasında həvəsləndirici və bonuslar;
- Əlavə imtiyazlar;
- Performansa əsaslanan mədəniyyət;
- Müxtəlif təhsil və inkişaf imkanları;
- Karyera inkişaf imkanı;
- Hibrid iş imkanı;
- Ən dinamik şirkətdə işləmənin unikal təcrübəsi;
- Innovativ məhsullar və rəqəmsallaşma;
- Beynəlxalq təcrübə;
- Yüksək bacarığa malik peşəkar komanda;
- Kross-funksional əməkdaşlıq;
- Təcrübə mübadiləsi.
Maraqlanan namizədlər Müraciət Et düyməsində qeyd olunan link üzərindən müraciət edə bilərlər. Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Biz bərabərliyə hörmət edən, fərqlərə dəyər verən, inklüzivliyi qiymətləndirən və aidiyyatı dəyərləndirən iş yeri mədəniyyətini inkişaf etdirməyə sadiqik.
Tələblər
- Ali təhsil;
- Təlim rəhbəri və ya təlim şöbəsinin rəhbəri kimi minimum 2 il iş təcrübəsi;
- MS Office, Camtasia və ya digər video redaktə proqramlarında işləmək bacarığı;
- Azərbaycan dili - əla, Rus dili – əla, İngilis dili - əla;
- Mükəmməl ünsiyyət və liderlik bacarıqları;
- Korporativ mühitdə təlim fəaliyyətlərinin təşkili təcrübəsi;
- Video məzmunla işləmə.