Azerconnect LLC

Müştərilərin saxlanması üzrə mütəxəssis

Azerconnect LLC
Ə/h razılaşma ilə
462
Tam iş günü
Bakı, Azərbaycan
17/04/2026 - 01/05/2026

İş haqqında məlumat

  • Gəlirli və müştəri yönümlü təkliflər dəstinə nail olmaq məqsədi ilə şirkətin məhsul və xidmət portfelinin uyğunlaşdırılması üçün verilənlərin dəstəklənməsi ilə bağlı təkliflərin verilməsi 
  • Layihənin və ya proqramın həyata keçirilməsini əsaslandırmaq üçün biznes  halların hazırlanması. Biznes halları faydanın, xərcin və riskin analitik əsaslandırılmasını özündə cəmləşdirərək üstünlük verilən həll üçün əsaslandırıcı funksiya rolunu oynayır. 
  • Marketinqin avtomatlaşdırma aləti vasitəsi ilə saxlama kampaniyaları kimi hədəf kampaniyalarının sona çatdırılması 
  • Seqmentasiya modeli və əməliyyat yol xəritəsinə uyğun olaraq geri qaytarma, satış proqramlarının yerinə yetirilməsi üçün səyyar komandanın koordinasiyasını dəstəkləmək 
  • Abunəçinin saxlanılması, əldə olunan gəlir, istifadə, ARPU (İstifadəçi başına orta gəlir) və s. baxımından hər bir kampaniya rentabelliyinin (ROI) izlənilməsi və qiymətləndirilməsi də daxil olmaqla məsul iş sahələri üzrə müvafiq hesabatların hazırlanması 
  • Müştəri dəyərinin idarə olunması və biznes analitikası sahəsində bazar iştirakçılarının dinamikasının, meyllərinin və fəaliyyətlərinin təhlili və onların şirkət üzərində təsirlərinin qiymətləndirilməsi 
  • CVM (Müştəri Dəyərinin İdarə edilməsi) bölməsinin əsas fəaliyyətləri ilə əlaqəli bütün proseslərin, məsələn biznesin təhlili prosesinin, seqmentləşdirilmiş təkliflərin müştəri seqmentasiyası üzrə təyinatı prosesinin və hesabat vermə prosesinin avtomatlaşdırılması 
  • Mövcud sistemlərin və proseslərin təkmilləşdirilməsi, həmçinin müsbət dəyişikliklərin sonadək tətbiqinə dair rəyin verilməsi 
  • Tələblərin təhlili, Maraqlı tərəflərin təhlili, Planlaşdırma və Layihələndirmə, Həllərin Qiymətləndirilməsi, Tətbiqetmənin qiymətləndirilməsi (UAT və performans testi), buraxılışdan sonrakı təhlil və monitorinq daxil olmaqla CVM-in əhatə dairəsi ilə bağlı böyük layihələrin icrası zamanı komandanın dəstəklənməsi 

Biz nə təklif edirik? 

  • Rəqabətli kompensasiya;
  • Performans əsasında həvəsləndirici və bonuslar;
  • Əlavə imtiyazlar;
  • Performansa əsaslanan mədəniyyət;
  • Müxtəlif təhsil və inkişaf imkanları;
  • Karyera inkişaf imkanı;
  • Hibrid iş imkanı;
  • Ən dinamik şirkətdə işləmənin unikal təcrübəsi;
  • Innovativ məhsullar və rəqəmsallaşma;
  • Beynəlxalq təcrübə;
  • Yüksək bacarığa malik peşəkar komanda;
  • Kross-funksional əməkdaşlıq;
  • Təcrübə mübadiləsi.

Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək. İşin tələblərinə əsasən ofisdən və evdən çalışa biləcəksiniz.


 

Tələblər

  • İqtisadiyyat, Marketinq, Tətbiqi Riyaziyyat, Kibernetika və digər əlaqəli sahələr üzrə ali təhsil 
  • CRM, Biznesin analitikası, Məlumatların təhlili və işlənməsi, Marketinq və ya telekommunikasiya sahəsində proqnozlaşdırma, FMCG, Maliyyə və digər müvafiq sektorlar üzrə  1 illik iş təcrübəsi
  • Azərbaycan və ingilis dillərini mükəmməl bilməli 
  • Yüksək MS office bacarıqları 
  • R, Phyton və digər statistik alətlər üzrə yüksək bilik əlavə üstünlükdür 
  • SQL və /və ya SAS kodlaşdırma dilləri üzrə peşəkarlıq əlavə üstünlükdür 
  • Müəyyən sahələrdə peşəkarliq 
  • Biznesin / Verilənlərin analitikası, Məlumatların təhlili və işlənməsi, Statistika 
  • Layihənin idarə olunması 
  • Marketinq
  • Kommunikasiya 

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.