Mütəxəssis (Nəqliyyat və logistika fakültəsinə)
Azərbaycan Texniki Universiteti
Ə/h razılaşma ilə
8512
Tam iş günü
Bakı,
Azərbaycan
24.10.2025 05:48
-
24.11.2025 12:00
İş haqqında məlumat
- Fakültənin inzibati və akademik fəaliyyətinin təşkili və koordinasiyasında iştirak etmək;
- Dekan və dekan müavinlərinin tapşırıqlarını vaxtında və keyfiyyətlə icra etmək;
- Fakültə üzrə hesabatların, rəsmi yazışmaların və statistik məlumatların hazırlanmasında iştirak etmək;
- Tədris planları, dərs cədvəlləri və imtahan qrafiklərinin hazırlanmasında dəstək göstərmək;
- Fakültə üzrə tədbirlərin (elmi, tədris, ictimai) təşkili və həyata keçirilməsində iştirak etmək;
- Daxili sənəd dövriyyəsinə, arxivləşdirmə işlərinə və məlumat bazalarının yenilənməsinə nəzarət etmək;
- Məşğul olduğu sahə üzrə tədris metodiki və hüquqi sənədlərin hazırlanması işini həyata keçirmək.
Tələblər
- Ali təhsil: Müvafiq ixtisas üzrə magistr təhsili;
- Təhsil sahəsində ən azı 2 il iş təcrübəsi;
- Azərbaycan dilini səlis bilmək (ingilis və rus dili arzuolunandır);
- Microsoft Office proqramlarında (Word, Excel, PowerPoint) və elektron sənəd dövriyyəsi sistemlərində işləmək bacarığı;
- “Təhsil haqqında” Qanun, Nazirlər Kabinetinin, Elm və Təhsil Nazirliyinin və onun nəzdində olan qurumların aidiyyəti sənədləri barədə məlumatlı olmaq;
- Yüksək məsuliyyət, dəqiqlik və operativlik;
- Güclü şifahi və yazılı ünsiyyət qurmaq bacarığı;
- Koordinasiya etmək bacarığı.