Daşkəsən,
Azərbaycan
02.08.24
-
01.09.24
İş haqqında məlumat
- Nasos stansiyalarında nasosların mayenin bir yerdən digər yerə təhlükəsiz və səmərəli ötürülməsi üçün işlədilməsi və idarə edilməsi;
- Optimal performansın təmin edilməsi və dayanmaların qarşısının alınması üçün nasoslarda periodik yoxlamaların, cari, orta və əsaslı təmirlərin görülməsi üçün bilik və bacarıqlara sahib olmalı;
- Arzuolunan maye həcminin təmin edilməsi üçün təzyiq manometrlərin, axın sensorlarının və başqa nəzarət ölçü cihazların nəzarətdə saxlanılması və axının nizamlanması;
- Əsaslı təmirlərdə və yeni nasosların quraşdırılmasında təmir briqadası ilə işləmək bacarığı;
- Nasos və qurğuların səlis işlədilməsi, uzunömürlüyünün təmini üçün təmizlənməsi və yağlanmasının təyin edilmiş vaxtda aparılması. Nasosların və yuxarıda qeyd edilən nəzarət ölçü cihazların ehtiyat hissələri haqqında ümumi biliyinin olması;
- Hesabat məqsədləri üçün əməliyyat məlumatlarının, texniki xidmət məlumatların və nasosda yaranan hər hansı pozuntuların qeydinin aparılması;
- Ümumi əməliyyat işində plansız dayanmaların qarşısının alınması üçün təmir və əməliyyatların digər komanda üzvləri ilə koordinasiya etmə bacarığının olması;
- Fasilələri minimuma endirmək üçün yaranan fövqaladə və qurğu dayanmalarında adekvat tədbirlərin görülməsi.
Tələblər
- Əməkdaşlıq, məsuliyyətlilik və çeviklik;
- Fərdi mühafizə vasitələri barədə məlumatlılıq;
- Müvafiq sahədə ilk peşə və ya orta ixtisas təhsili;
- Müvafiq və ya yaxın sahələr üzrə 1 il iş təcrübəsi arzuolunandır.
- Vakansiya ilə maraqlanan şəxslər https://careers.azergold.az/vakansiya/nasosxana-operatoru-covdar-filiz-emali-sahesi linkinə keçid edərək müraciət edə bilər.
Elanın müddəti bitmişdir