Binagadi Oil Company

Neft və qaz hasilatı üzrə operator

Binagadi Oil Company
Ə/h razılaşma ilə
413
Tam iş günü
Bakı, Azərbaycan
08/06/2026 - 22/06/2026

İş haqqında məlumat

  • Quyulara, qrup ölçü qurğularına və boru kəmərləri sistemlərinin iş rejimlərinə nəzarət; 
  • Müxtəlif istismar üsulları ilə işləmək, quyu ağzı təzyiqə nəzarət etmək, hasilatın ölçülməsi və təhlilini aparmaq; 
  • Quyulardan tələb olunan nümunələrin götürülməsi, dinomaqramma ilə işləmək, quyuların səviyyələrinin ölçülməsi; 
  • Texnoloji reqlament və təhlükəsizlik qaydalarına uyğun işlərin icrası; 
  • İstifadə olunan cihaz və avadanlıqların saz və təmiz vəziyyətdə saxlanılması; 

Biz nə təklif edirik:

  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun sənədləşmə;
  • İş saatları: 5 gün  (həftədə - 40 saat);
  • Servis xidməti mövcuddur (avtobus);
  • Nahar şirkət tərəfindən təmin olunur;
  • Peşəkar inkişaf imkanı.

İş yeri: Bakı şəhəri, Binəqədi qəsəbəsi

Ezamiyyətlər: Nəzərdə tutulmur

Sınaq müddəti: Minimum 3 ay

Tələblər

  • Orta ixtisas və ya peşə təhsili (neft-qaz hasilatı, geologiya, texniki istismar və ya müvafiq sahə üzrə diplom və ya sertifikat);
  • Yaş həddi 20 və yuxarı;
  • Neft və qaz hasilatı üzrə ən azı 1 il iş təcrübəsi;
  • İntizamlı, məsuliyyətli və dəqiq olması;
  • Kollektivdə işləmək bacarığı;
  • Verilən tapşırıqların vaxtında və düzgün yerinə yetirilməsi.

Biliklər:

  • Neft və qaz quyularının konstruksiyasını, istifadə olunan yerüstü və yeraltı avadanlıqları, texnoloji prosesləri, nəzarət-ölçü cihazlarını və onların iş prinsiplərini bilmək;
  • Təzyiq altında işləyən boruların quruluşunu və istismar qaydalarını bilmək; 
  • Quyularda istifadə olunan avadanlıqların istismar qaydalarını bilmək; 
  • Neft və qaz quyularında debitin müəyyən olunmasını bilmək;
  • Neft qaz yataqlarının istismar rejimləri, quyuların yeraltı və əsaslı təmiri üsulları barədə əsas biliklərə malik olmaq; 
  • Kompüter və texniki sənədlərlə işləmə bacarığı; 
  • Təhlükəsizlik texnikası qaydalarını, neft və qaz sənayesində təhlükəsizlik qaydalarını, yanğın təhlükəsizliyi qaydalarını və fərdi mühafizə vasitələrinin tətbiqini bilmək.

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilərlər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.