GFC MMC

Nəqliyyat koordinatoru

GFC MMC
Ə/h razılaşma ilə
179
Tam iş günü
Bakı, Azərbaycan
11/09/2026 - 25/09/2026

İş haqqında məlumat

İşəgötürən: “GFC” MMC - KFC, Pizza Hut və Simit Sarayı restoranların şəbəkəsi 

  • Ali təhsilli olması;
  • Müvafiq vəzifədə 3 ildən az olmayaraq iş təcrübəsi;
  • Səlis azərbaycan dili bilikləri;
  • Komandada işləmək bacarığı;
  • Yüksək müşahidə qabiliyyəti, diqqətlilik və məsuliyyətlilik; 
  • Nəqliyyat vasitələrinin hərəkətinin monitorinqi və nəzarəti üzrə bacarıqlar; 
  • Operativ qərarvermə və problem həll etmə bacarığının olması;
  • Dinamik iş mühitində işləmə bacarığının olması;
  • Sürücülərlə və digər struktur bölmələrlə effektiv kommunikasiya qurmaq bacarığının olması;
  • AR SQ hərbi xidmət keçmiş olması arzuolunandır.

Tələblər

  • Sürücülərin gündəlik iş qrafiklərinin və marşrutlarının planlaşdırılması və koordinasiya edilməsi;
  • Sürücülərin işə gəliş-gedişinə, davamiyyətinə, intizam qaydalarına və iş rejiminə nəzarət edilməsi;
  • Marşrutların icrasının izlənilməsi, gecikmələrin səbəblərinin araşdırılması və yaranan problemlərin operativ şəkildə həll edilməsi;
  • Məhsul və yüklərin çatdırılma prosesinin fasiləsiz və vaxtında həyata keçirilməsinə nəzarət edilməsi;
  • Çatdırılma prosesində yaranan operativ problemlərin müəyyənləşdirilməsi və aidiyyəti struktur bölmələrlə koordinasiya edilərək vaxtında həll edilməsi;
  • Restoranlarla mütəmadi əlaqə saxlanılması, məhsul və yüklərin çatdırılma qrafiklərinin həftəlik və aylıq əsasda planlaşdırılması və koordinasiya edilməsi;
  • Filiallar, anbar və logistika komandası ilə operativ koordinasiyanın təmin edilməsi;
  • Nəqliyyat vasitələrinin səmərəli istifadəsinin və marşrutların optimallaşdırılmasının təmin edilməsi;
  • Yol vərəqələri, təhvil-təslim aktları və digər nəqliyyat sənədlərinin düzgün və vaxtında rəsmiləşdirilməsinə nəzarət edilməsi;
  • Sürücülərin təhlükəsizlik qaydalarına, yol hərəkəti qaydalarına və şirkətin daxili prosedurlarına riayət etməsinin təmin edilməsi;
  • Nəqliyyat vasitələrinin texniki vəziyyəti ilə bağlı aşkar edilmiş nasazlıqların aradan qaldırılması üçün müvafiq tədbirlərin görülməsi, nəqliyyat vasitələrinin servisə yönləndirilməsi və təmir prosesinə nəzarət edilməsi;
  • GPS monitorinq sistemi vasitəsilə nəqliyyat vasitələrinin hərəkətinə nəzarət edilməsi;
  • Kamera və sensorlar vasitəsilə həyata keçirilən nəzarətin izlənilməsi, yaranan problemlərin araşdırılması və müvafiq hesabatların hazırlanması;
  • Nəqliyyat vasitələri üzrə təkrarlanan pozuntuların təhlil edilməsi, onların qarşısının alınması üçün müvafiq tədbirlərin görülməsi və rəhbərliyə hesabat təqdim edilməsi;
  • Gündəlik və aylıq fəaliyyət üzrə hesabatların hazırlanması və təqdim edilməsi.

İş şəraiti:

  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
  • Müasir idarəetmə sistemi və mehriban kollektiv;
  • İş rejimi - 6 günlük.