UĞUR İNDUSTRY MMC

Nəqliyyat sahəsi üzrə elektrik

UĞUR İNDUSTRY MMC
1000 - 1200 ₼
2332
Tam iş günü
Xırdalan, Azərbaycan
19/05/2026 - 02/06/2026

İş haqqında məlumat

  • Ümumi vəziyyəti müəyyən etmək üçün avtomobilə baxış həyata keçirmək;
  • Hissələr, materiallar və ya təmir prosedurlarını müəyyən etmək;
  • Yanacaq, alışdırma və emissiya idarəetmə sistemlərində olan nasazlıqları müəyyən etmək;
  • Düzgün istismarın təmin edilməsi üçün elektron idarəetmə blokunun sınağını həyata keçirmək;
  • Yanacaq vurma sistemlərinin təmiri, texniki xidməti və ya nizama salınmasını həyata keçirmək;
  • Avtomobilin komponentlərini spesifikasiyalara uyğun nizamlamaq;
  • Elektrik sxemləri və komponentlərin düzgün işləməsi üçün lazımi sınağı həyata keçirmək;
  • İsitmə, ventilyasiya və ya havanın kondisiyalaşdırma avadanlığını quraşdırmaq;
  • Tormoz sistemlərinin nasazlıqlarını müəyyən etmək, nizamlamaq, təmir etmək;
  • Mühərrik tullantılarının sınağını həyata keçirmək;
  • M/T (əl transmissiyası) və A/T (avtomatik transmissiya) nın elektron hissələrinin təmiri, texniki xidmətini həyata keçirmək;
  • Doldurma/işə salma/işıqlanma sistemi komponentlərinin diaqnostikası, təmiri, texniki xidməti və ya dəyişdirilməsini həyata keçirmək;
  • İş zamanı təhlükəsizlik qaydalarına riayət olunmasının təmin etmək;
  • Vəzifəsindən irəli gələn digər işləri yerinə yetirmək;

Təminatlar:

  • Nahar ilə təmin edilir.
  • İş yerinə servislə çatdırılır (Bakı və Sumqayıt şəhərlərindən).
  • Korporativ nömrə ilə təmin edilir.
  • Əmək haqqı: Xalis: 1000-1200 AZN

İş yeri: Xırdalan şəhəri


 

Tələblər

  • Müvafiq sahə üzrə peşə və ya orta ixtisas təhsili olmalı;
  • Diqqətli, çevik və məsuliyyətli olmalı;
  • Təhlil və analiz etmə qabiliyyətli olmalı;

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.