Premium Mining

Nəqliyyat şöbəsinin rəhbəri

Premium Mining
Ə/h razılaşma ilə
292
Tam iş günü
Bakı, Azərbaycan
10/07/2026 - 24/07/2026

İş haqqında məlumat

  • Cəmiyyətin gündəlik nəqliyyat əməliyyatlarını planlaşdırmaq, təşkil etmək və idarə etmək.
  • Layihələr üzrə nəqliyyat vasitələrinin, xüsusi texnikaların və sürücü heyətinin optimal bölgüsünü təmin etmək.
  • Daşınma marşrutlarını, yük axınını və iş qrafiklərini planlaşdırmaq, nəqliyyat əməliyyatlarının səmərəliliyini artırmaq.
  • Müştəri sifarişlərinin və daxili daşınmaların müəyyən edilmiş müddətlərdə və keyfiyyət tələblərinə uyğun icrasını təmin etmək.
  • Avtonəqliyyat vasitələrinin gündəlik istismarına və səmərəli istifadəsinə nəzarət etmək.
  • Nəqliyyat vasitələrinin planlı texniki xidmətə və təmirə çıxarılmasını Təmir Şöbəsi ilə koordinasiya etmək.
  • Nəqliyyat vasitələrinin qeydiyyatı, texniki baxışı, icbari sığortası və digər hüquqi sənədlərinin qüvvədə olmasına nəzarət etmək.
  • Sürücü və operator heyətinin iş qrafiklərini hazırlamaq, onların fəaliyyətini təşkil etmək və qiymətləndirmək.
  • Sürücülərin yol hərəkəti qaydalarına, şirkətin daxili prosedurlarına, SƏTƏM və təhlükəsizlik tələblərinə riayət etməsinə nəzarət etmək.
  • Müdafiəli sürücülük (Defensive Driving), yol hərəkəti təhlükəsizliyi və digər peşəkar təlimlərin təşkilini təmin etmək.
  • Yanacaq sərfiyyatını, yürüş göstəricilərini, məhsuldarlığı və digər nəqliyyat üzrə əsas fəaliyyət göstəricilərini (KPI) gündəlik izləmək və təhlil etmək.
  • GPS, Fleet Management və digər rəqəmsal sistemlər vasitəsilə nəqliyyat vasitələrinin fəaliyyətinə operativ nəzarəti həyata keçirmək.
  • Yol-nəqliyyat hadisələrinin araşdırılmasında iştirak etmək, səbəbləri təhlil etmək və düzəldici tədbirlərin həyata keçirilməsini təmin etmək.
  • Gündəlik, həftəlik və aylıq fəaliyyət hesabatlarını hazırlamaq və Nəqliyyat və Təmir Departamentinin Direktoruna təqdim etmək.
  • Nəqliyyat xərclərinin optimallaşdırılması, resurslardan səmərəli istifadə və əməliyyat proseslərinin təkmilləşdirilməsi üzrə təkliflər hazırlamaq.

İş şəraiti:

  • İş qrafiki: 6 günlük iş rejimi
  • Əmək haqqı: Razılaşma yolu ilə
  • Servis, Nahar və korporativ nömrə şirkət tərəfindən təmin olunur.

İş yeri: Qaradağ r-nu, Ümid qəsəbəsi, Səngərqaya 7-ci km


 

Tələblər

  • Ali texniki təhsil
  • Nəqliyyat şöbəsinin rəisi kimi minimum 5 il iş təcrübəsinin olması.
  • Office proqramlarını yaxşı bilməli,

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilərlər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun