Bakı,
Azərbaycan
01.10.2025 10:37
-
01.11.2025 12:00
İş haqqında məlumat
- Nəqliyyat vasitələrindən səmərəli istifadə edilməsi, əmək məhsuldarlığının artırılması, maya dəyərinin azaldılması, daşınmanın rentabelliyinin artmasını təmin edir;
- Nəqliyyat vasitələrinə kəmiyyət və nomenklatura üzrə tələbatı və bu tələbatın Cəmiyyətin özünün və ya üçüncü şəxlərdən cəlb edilən nəqliyyatın hesabına təminatını müəyyən edir və üçüncü şəxlərin fəaliyyətinə nəzarət edir;
- Nəqliyyat vasitələrinin paylaşdırılmasına və onlardan səmərəli istifadə edilməsinə operativ nəzarəti yerinə yetirir;
- Plan xəbərdaredici təmir qrafiklərinin tərtib edilməsi və yerinə yetirilməsinə nəzarət edir;
- Avtonəqliyyat vasitələrinin gündəlik texniki xidmətini (yağlanma, filtrlərin təmizlənməsi və s.), cari və əsaslı təmirlərinin planlaşdırılmasını və istehsalçının təlimatlarına uyğun şəkildə təmirinin təşkilini yerinə yetirir;
- Nəqliyyat vasitələrinin texniki vəziyyətinə nəzarət edir. Baş vermiş yol-nəqliyyat hadisələrinin səbəblərini təhlil edir, onların qarşısının alınması üçün tədbirlər işləyib hazırlayır və həyata keçirir.
- Alınan ehtiyyat hissələrinin hesabatının aparılmasına, keyfiyyətinin yoxlanmasına və nəqliyyat vasitələrində vaxtında və keyfiyyətlə quraşdırılmasına, ehtiyat hissələrinin həm texniki, həm də kommersiya baxımından uyğunluğuna nəzarət edir;
- Xarab olan, zədələnən və sınan ehtiyat hissələrinin təmirə yararlı olub olmaması barədə rəy verir;
- Hər bir Nəqliyyat vasitəsi ilə bağlı gündəlik, həftəlik və aylıq hesabatların hazırlanmasına və rəhbərliyə təqdim edilməsinə nəzarət edir;
- Servislərə təmirə göndərilmiş nəqliyyat vasitələrinin təmir olunma keyfiyyətinə, təmir qarantiyasının müddətinə və təmir məsrəflərinə nəzarət edir;
- Cəmiyyətin nəqliyyat vasitələrinin inzibati xətalarının yoxlanılması və sürücülərin məlumatlandırılmasına nəzarət edir;
- Nəqliyyat vasitələrinin Dövlət Yol Polis İdarəsində qeydiyyata salınmasına, çıxarılmasına və sürücülərə təhvil verilmə prossesinin təşkil edilməsinə nəzarət edir;
- Nəqliyyat vasitələrinin lazımı sığorta növləri ilə təmin edilməsinə nəzarət edir;
- Cəmiyyətə məxsus olan köhnələnmiş nəqliyyat vasitələrinin qiymətləndirilməsi prosesinin həyata keçirilməsi və satış üçün ehtiyac olan tədbirlərin görülməsinə nəzarət edir;
- Nəqliyyat vasitələrinin gün ərzində hərəkətinin izlənilməsinə nəzarət edir və planlaşdırılan qrafikə nə dərəcədə riayət olunduğunu qiymətləndirir;
- Nəqliyyat vasitələri parkının və işçi heyətinin gündəlik konkret planlaşdırılmasını və bölgüsünü həyata keçirir, sürücü və operatorların iş qrafiklərinin hazırlanmasına və gündəlik iş saatlarının qeyd edilməsinə nəzarət edir;
- Şöbənin işçilərinə rəhbərlik edir, tabeliyində olan içilərin intizam qaydalarına əməl etməsini tələb edir, lazımı halda əmək haqqlarının artırılması, intizam tənbehinin verilməsi barədə rəhbərliyə təqdimat verir;
- İşçilərin əməyin mühafizəsi, təhlükəsizlik texnikası və sanitar-gigiyena norma və qaydalarına əməl etməsinə nəzarət edir;
- Tabeliyində olan işçilərə ilkin, təkrar, gündəlik işqabağı toolbox təlimatlarının keçirilməsini, işçilərin biliklərinin yoxlanılmasını və biliklərinin artırılmasını təmin edir;
- İşə qəbul ediləcək sürücü və operatorların avtomobil və texnikanın idarə edilməsi üzrə test yürüşlərini təşkil edir;
- Nəqliyyat təsərrüfatının işini Azərbaycan Respublikasının qanunvericiliyinə və müvafiq icra hakimiyyəti orqanlarının qərar, sərəncam, əmrlərinə və digər istinad edilən, rəhbər tutulan metodiki və normativ sənədlərinə uyğun təşkil edir.
İş şəraiti:
- İş yeri – Qaradağ rayonu ;
- İş qrafiki – 6 günlük ;
- Nahar şirkət tərəfindən qarşılanır;
- Nəqliyyat ilə təmin olunma .
Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV-lərini qeyd olunan elektron ünvanına (“Nəqliyyat şöbəsinin rəisi” başlığı ilə) göndərməyini xahiş edirik.
Tələblər
- Müvafiq sahədə minumum 3-5 il iş təcrübəsi;
- Müvafiq sahə üzrə ali təhsil .