Bakı,
Azərbaycan
24.06.2025 12:36
-
24.07.2025 12:00
İş haqqında məlumat
- Sistemdə qeyd olunan sifarişlər üzrə səmərəli marşrut planını qurmaq;
- Sistemə daxil olan sifarişləri ərazi üzrə səmərəli və düzgün, planlı şəkildə qruplaşdırmaq;
- Marşrut planının sürücülər arasında səmərəli bölünməsi;
- Sürücülərin gündəlik iş qrafikinə nəzarət;
- Daşınma üçün tələb olunan sənədlərin hazırlanması;
- Sifarişlərin vaxtında və düzgün çatdırılmasına nəzarət etmək, gündəlik marşrutları izləmək;
- Ərazi üzrə bölünən avtomobilləri gün ərzində nəzarətdə saxlamaq, çıxan problemləri operativ həll etmək;
- Sifarişlərin təyinat nöqtələrinə çatmasını, sənədləşmənin düzgün aparılmasını gün ərzində izləmək və nəzarət etmək;
- Mütəmadi olaraq sürücülərlə təlimatlandırıcı görüşləri keçirmək, avtomobillərin düzgün istismarı barədə təlimatlandırmaq;
- Sürücü və sürücü köməkçisi heyətinin iş qrafikinə nəzarət etmək;
- Xərclərin təhlili və şirkətin nəqliyyat xərclərinin azaldılması üçün tədbirlərin işlənib hazırlanması;
- Nəqliyyat xidmətləri bazarının monitorinqi;
- Avtomobildə baş verə biləcək nasazlıqlarla əlaqəli şəxslərə məlumat vermək, təmiri təşkil etmək və izləmək;
- Nəqliyyat vasitələrinin və sürücülərin sistemdə izlənilməsi;
- Sürücülərin axtarışı və işə qəbulunda aktiv iştirak.
Tələblər
- Ali təhsil (Logistika, Nəqliyyat mühəndisliyi, Biznesin idarə edilməsi və ya əlaqəli sahələr üzrə);
- Dil bilikləri: Azərbaycan dili sərbəst, Rus dili və İngilis dili arzuolunandır;
- Müvafiq sahə üzrə ən azı 3 il iş təcrübəsi;
- MS Office proqramlarından istifadə bacarığı;
- Məsuliyyətli, dəqiq, çalışqan və komannı idarə etmək bacarığı;
- Planlı işləmə bacarığı,işə sistemli və nəticəyönümlü yanaşma bacarığı;
- Logistika və təchizat zənciri əməliyyatlarında praktiki təcrübə.