Az Logistika

Nəqliyyat vasitələrinin təmiri üzrə usta-mühərrikçi

AZ Logistika
Ə/h razılaşma ilə
2327
Tam iş günü
Bakı, Azərbaycan
23.09.2025 02:18 - 23.10.2025 12:00

İş haqqında məlumat

  • Yük avtomobillərin ( Mercedes, MAN, DAF və s.) benzin və dizel tipli mühərrikinin təmiri bacarığına tam malik olan;
  • Mühərrikin quruluş sxemlərini oxumağı və mühərrikin iş prinsipini bilməlidir;
  • Euro-4, Euro-5, Euro-6  mühərriklərinin düzgün yoxlanılıb diaqnoz qoyulması eyni zamanda təmir olunması;
  • Mühərrik detallarının funksiyalarini bilməlidir;
  • Nasazlığın səbəbini aşkar etməyi bacarmalıdır;
  • Mühərriki tam formada təmirini bilməlidir;
  • Cihazların nasazliğını zamanında askarlayan; 
  • Mühərriklərin tam sökülüb yigılması və s. 
  • Aşkarlanan nasazlıqları üst rəhbəri ilə təsdiqlədikdən sonra təmirə başlamaq;
  • Şirkətin daxili nizam-intizam qaydalarına riayət etmək,təmir işlərində əməyin mühafizəsi, təhlükəsizlik texnikası qaydalarına, istehsalat sanitariyası qayda və normalarına riayət etmək;                  
  • Servis rəhbərinin verdiyi şifahi və yazılı tapşırıqları tələb olunan vaxtda yerinə yetirmək;
  • Üst rəhbərinə görülən işlər barədə hesabat vermək .

Şərtlər: 

  • 6 günlük iş norması ;
  • Nahar şirkət tərəfindən verilir;
  • İş yerinə çatdırılma üçün servis mövcuddur;
  • Əmək haqqı: razılaşma əsasında;
  • İş yeri: Qaradağ r-nu, Salyan şossesi .

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Tələblər

  • Avtomobil təmiri üzrə mühərrikçi kimi ən azı 5 il iş təcrübəsi;
  • Nəqliyyat vasitələrinin mühərriklərin sökülüb-yiğilması üzrə iş təcrübəsi;
  • Nizam-intizamlı;
  • Sürətlər qutusunun təmiri üzrə səriştəsi olan ustalara üstünlük veriləcək .