Aqrar Tədarük və Təchizat

Nəqliyyat və anbar təsərrüfatı şöbəsinin müdiri

Aqrar Tədarük və Təchizat
Ə/h razılaşma ilə
478
Tam iş günü
Bakı, Azərbaycan
06/04/2026 - 20/04/2026

İş haqqında məlumat

Özünə və peşəkar qabiliyyətinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera inkişafına yönlənən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər. 

Vəzifə öhdəlikləri:

  • Nəqliyyat vasitələrinin fasiləsiz və saz vəziyyətdə işləməsinin təmin edilməsi;
  • Daşımaların vaxtında və təhlükəsiz həyata keçirilməsinə nəzarət.
  • Marşrutların planlaşdırılması və səmərəliliyinin artırılması;
  • Profilaktik baxım və təmir planlarının hazırlanması və icrasına nəzarət;
  • Texniki servis üzrə hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi;
  • Ehtiyat hissələri və materialların uçotunun aparılması.
  • Şirkətin/idarənin nəqliyyat fəaliyyətinin planlaşdırılması və təşkili;
  • Cəmiyyətin balansındakı soyuduculu yük və minik avtomobillərinin sazlığının təmin edilməsi;
  • Soyuducu anbarların və soyuduculu nəqliyyat vasitələrinin istismarına nəzarət;
  • Malların qəbul edilməsi, saxlanılması və çıxışına nəzarət;
  • Şəhər və regionlarda yerləşən anbarlarda qalığın düzgün aparılması və inventarizasiyanın təşkili

İş rejimi:

  • 5 günlük iş qrafiki
  • İş saatı 09:00-18:00-dək
  • Ünvan: N.Nərimanov rayonu, Əhməd Rəcəbli 1/3.

Tələblər

  • Ali təhsil (logistika, nəqliyyatın təşkili, iqtisadiyyat, idarəetmə və ya müvafiq sahələr üzrə); 
  • Nəqliyyat, logistika və ya anbar təsərrüfatı sahəsində minimum 8 il iş təcrübəsi, rəhbər vəzifədə ən azı 5 il iş təcrübəsi;
  • Logistika və təchizat zənciri idarəetməsi üzrə biliklər;
  • Nəqliyyat əməliyyatlarının planlaşdırılması və optimallaşdırılması;
  • Anbar idarəetmə sistemləri və inventar nəzarəti;
  • Daşımaların təşkili, marşrutlaşdırma və yükdaşımaların koordinasiyası;
  • Müqavilələrin hazırlanması və tərəfdaşlarla iş bacarığı;
  • Əmək, təhlükəsizlik və nəqliyyat qaydaları üzrə biliklər; 
  • MS Office proqramları (xüsusilə Excel);
  • ERP sistemləri (1C 8.3);
  • Analitik hesabatların hazırlanması bacarığı; 
  • Azərbaycan dili – mükəmməl; 
  • Liderlik və komanda idarəetmə bacarığı;
  • Analitik düşünmə və problem həll etmə qabiliyyəti;
  • Operativlik və qərarvermə bacarığı;
  • Ünsiyyət və təqdimat bacarıqları 

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.