Predsol

Nəqliyyat və Logistika üzrə mütəxəssis

Predsol
Ə/h razılaşma ilə
901
Tam iş günü
Bakı, Azərbaycan
19.08.2025 10:45 - 19.09.2025 12:00

İş haqqında məlumat

  • Aylıq əsasda nəqliyyat vasitəsinin son km göstəricisini, yanacaq qəbzlərini və yol vərəqəsini aidiyyəti şöbəyə təqdim edilməsini təmin etmək;
  • Avtomobillərin texniki baxışdan keçirilməsinə nəzarət etmək;
  • Avtomobilləri istismar təlimatlarına uyğun olaraq vaxtlı-vaxtında servis mərkəzində texniki xidmət və texniki baxışdan keçirilməsinə nəzarət etmək;
  • Avtomobilin yeni sürücüyə təhvil verilməsi və ya sürücü işdən ayrılanda təhvil alınması, akt (avtomobil texniki baxışdan keçirilməli və sənəd akta tikilməıli, yararlı olması, xarici görnüşündə hər hansı qüsurun olmaması və s. qeyd edilməklə) əsasında həyata keçirmək;
  • GPS qurğuları üzrə sürücülərin hərəkətinə nəzarət etmək.

Əlavə məlumatlar:

  • İş qrafiki: 5 gün, 08:00 –dan 17:00-dək;
  • İş yeri: Badamdar Estates (Mikayil Müşviq küç.1C).

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Nəqliyyat və Logistika  üzrə mütəxəssis yazaraq Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərilməsi xahiş olunur.

Tələblər

  • Logistika və nəqliyyat üzrə  ən azı 3 il iş təcrübəsi;
  • MS Office proqramlarından (xüsusilə Word, Excel) sərbəst istifadə; (1C 8.3 proqramında işləmək);
  • Azərbaycan, İngilis, Rus dili (səlis, işgüzar, yazılı və şifahi ünsiyyət).

Şəxsi keyfiyyətləri:

  • Analitik düşüncə, məsuliyyət, intizam, dəqiqlik, çeviklik;
  • Adaptiv ünsiyyət, stresə davamlılıq, həll yönümlü qərar verə bilmək bacarığı;
  • Prioritetləşdirmə, vaxtın planlanması;
  • Komandada effektiv işləmək bacarığı;
  • Müvafiq sahədə ixtisaslaşma, inkişaf etmək.