

Nəqliyyat və yol təhlükəsizliyi üzrə texnik
SOCAR DOWNSTREAM MANAGEMENT LLC
Ə/h razılaşma ilə
2786
Tam iş günü
Bakı,
Azərbaycan
04.09.2025 04:36
-
04.10.2025 12:00
İş haqqında məlumat
- Yol Təhlükəsizliyi və nəqliyyat prosedurunun tam həyata keçirilməsinə nəzarət etmək;
- Təlimlərin keçirilməsi, avtomobil parkının idarə olunması və nəqliyyat təhlükəsizliyinə qoyulan tələblərin yoxlanılmasını, nəzərdən keçirilməsini və davamlı olaraq təkmilləşdirilməsini təmin etmək;
- Müəyyən edilmiş planları və proseduralara riayət olunmasına nəzarət etmək;
- Sürücülərin davranışına nəzarət etmək (Nəqliyyatın Monitorinqi Sisteminin təhlilinə əsasən), təhlükəsiz davranış üçün sürücüləri təlimləndirmək, lazım gəldikdə və müəyyən edilmiş qaydada təlimlər təşkil etmək;
- Nəqliyyat təhlükəsizliyi mədəniyyətinin inkişafını təşviq etmək;
- Nəqliyyat ilə əlaqədar qəzaların araşdırılmasına köməklik göstərilməsi;
- Nəqliyyat təhlükəsizliyin qiymətləndirilməsi üçün hesabatların və statistik məlumatların tərtib edilməsində köməklik göstərilmək;
- Nəqliyyat təhlükəsizliyi proseduruna uyğunluğu təmin etmək üçün nəqliyyat vasitələrinə və yollara müntəzəm baxış keçirilmək;
- NEZ-in ərazisinə daxil olan bütün nəqliyyat vasitələrinin təhlükəsizlik tələblərinin yoxlanılması;
- Xətti rəhbərin göstərişlərinə əsasən işləri icra etmək.
Tələblər
- Fövqəladə hallar və Həyat fəaliyyətinin təhlükəsizliyi, nəqliyyat təhlükəsizliyi və ya əlaqəli texniki sahələr üzrə ali təhsilin olması;
- AR yol nəqliyyat qaydalarının biliklərin olması;
- Yol və Nəqliyyat Təhlükəsizliyi üzrə sertifikatlar;
- Nəqliyyat təhlükəsizliyi sənədlərini (planlar və proseduralar) hazırlamaq bacarığını və təcrübəsini nümayiş etdirmək;
- Yol və nəqliyyat təhlükəsizliyi üzrə minimum 1 illik iş təcrübəsi;
- Yol və Nəqliyyat Təhlükəsizliyinin bütün aspektləri ilə tanış olmaq;
- Komanda daxilində işləmək qabiliyyəti, kommunikasiya qurmaq bacarığına malik olmaq;
- Nəqliyyat təhlükəsizliyi işlərinin idarə edilməsi üzrə bilik və bacarığa malik olmaq;
- Sürücülük vəsiqəsinin minimum B kateqoriyası üzrə olması;
- Yol və nəqliyyat təhlükəsizliyi sistematik, və aktiv idarə edilmə təcrübəsi.