Heritus Group MMC

Nəqliyyatın idarə olunması üzrə mütəxəssis

Heritus Group MMC
Ə/h razılaşma ilə
3211
Tam iş günü
Bakı, Azərbaycan
12/03/2026 - 26/03/2026

İş haqqında məlumat

  • ​Sürücü hesabatlarının (aççot) aparılması: Sürücülərin beynəlxalq səfərlərini (Avropa, Türkiyə, Rusiya) bitirdikdən sonra təqdim etdikləri hesabatların qəbulu, yoxlanılması və rəhbərliyə düzgün, xətasız formada təqdim edilməsi;
  • ​GPS Monitorinq: Nəqliyyat vasitələrinin hərəkət istiqamətinə və marşrut qrafikinə GPS sistemi vasitəsilə 24/7 rejimində nəzarət;
  • ​Operativ idarəetmə: Sürücülərlə daimi əlaqənin saxlanılması, yolda yaranan texniki və ya inzibati problemlərin dərhal həll edilməsi;
  • ​Rəsmi hesabatlılıq: Görülmüş işlər və səfər nəticələri barədə rəhbərliyə mütəmadi olaraq dolğun məlumatların verilməsi.

Əmək haqqı: Müsahibə əsasında təyin olunur

Təminatlar:

  • Mobil rabitə xidməti ilə təmin olunması
  • İş qrafiki: 5 günlük, 09:00–18:00

Tələblər

  • ​Logistika və beynəlxalq daşımalar sahəsində mütləq iş təcrübəsi;
  • ​Sürücü hesabatları (aççot) ilə işləmək təcrübəsi və yüksək dəqiqlik;
  • ​Kritik vəziyyətlərdə qərar vermə və problem həll etmə bacarığı;
  • ​Məsuliyyətlilik və rəsmi hesabat tərtib etmə qabiliyyəti.

Tələb olunan bilik və bacarıqlar:

  • Təhsil: Ali
  • Rus və İngilis dili – biliyi üstünlükdür 
  • MS Office biliyi yaxşı səviyyədə.
  • Təcrübə: Beynəlxalq yükdaşımalar üzrə azı 2 il iş təcrübəsi.

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.