Azerconnect LLC

Network Process Governance Senior Specialist

Azerconnect LLC
Ə/h razılaşma ilə
287
Tam iş günü
Bakı, Azərbaycan
24/04/2026 - 08/05/2026

İş haqqında məlumat

  • NW/IT/Fix üzrə Sifariş sorğularının yaradılması, yenidən yaradılması. Düzəlişlərin olunması, təsdiq mərhələsinə nəzarət, Alış Sifarişlərinin yaradılmasına nəzarət; Minimum müddət və maksimum məhsuldarlıq təmin edərək, eskalasiya olunan problemləri səmərəli şəkildə araşdırmaq və həll etmək;
  • Yaradılmış Sifariş sorğularının statusu barədə daxili sorğuçulara müvafiq sistem üzərindən məlumat vermək;
  • NW/IT/Fix üzrə sənədləri idarə etmək;
  • Sənədlərin maliyyə şöbəsinin tələblərinə, müvafiq Alış Sifarişinə uyğunluğunu yoxlamaq, sənədlərin müvafiq sistem üzərindən qeydiyyatdan keçirilib daxili sorğuçular tərəfindən təsdiqlənməsini təmin etmək və maliyyə şöbəsinə təqdim etmək, ödəniş prosesini izləmək, problemli məslələri həll etmək əks halda rəhbərliyə məlumat vermək;
  •  Açıq öhdəliklərin və satınalmaların bağlanması;. 
  • Satıcılar və ya xidmət təminatçıları kimi müvafiq maraqlı tərəfləri bağlama prosesi haqqında məlumatlandırmaq;
  • Əməliyyatları yekunlaşdırmaq üçün hər hansı həll edilməmiş məsələləri və ya tələbləri aydınlaşdırmaq;
  •  Azərbaycan, ingilis və rus dillərini bilmək (üstünlükdür);
  • Maliyyə şöbəsinə görülmüş işlər barəsində aylıq hesabatlar təqdim etməyə dəstək olmaq, il sonu maliyyə hesabatlarını bağlamaq üçün lazım olan analizləri hazırlamağa dəstək olmaq;
  • Texniki Layihə İdarəetməsi heyətinə dəstək göstərmək, Sifariş sorğuları, Aliş Sifarişləri, hesablar ve təhvil təslim aktlari, onlarin statusları barədə məlumat təqdim etmək;
  • Yaradılmış Alış sorğuları barədə hesabatların hazırlanması ( statusun yoxlanılması, ödəniş məlumatlarının yoxlanılması, bütün maraqlı tərəflərə hesabatın təqdim edilməsi);
  • Vəzifə öhdəliklərini və rəhbərlik tərəfindən verilən sifahi/ yazılı tapşırıqları icra etmək;
  • Həvalə olunan tapşırıqları şirkətdaxili prosedur/siyasət/təlimatlara uyğun həyata keçirmək;
  • Şirkətə aid məlumatların məxfiliyini təmin etmək.

Tələblər

  • Hər hansı sahə üzrə magistr və ya bakalavr dərəcəsi, (Texniki sahələr: telekommunikasiya, İT, elektronika mühəndisliyi üzrə dərəcəsi olanlara üstünlük veriləcək);
  • Sənədləşmə işini yaxşı bilmək;
  • Telekommunikasiya şəbəkəsini yaxşı səviyyədə bilmək;
  • Maliyyə, satınalma və maddi-texniki təminat prinsiplərini yaxşı səviyyədə bilmək;
  • Hesabat vermə bacarıqları.

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.