Bakı,
Azərbaycan
20.10.2025 09:53
-
20.11.2025 12:00
İş haqqında məlumat
- Nevroloji pasiyentlərin müayinələrə hazırlanması və müşayiəti;
- Həkimin təyinatına əsasən EEQ (Pediatrik və yetişkin) və EMQ müayinələrinin aparılmasına dəstək vermək;
- Müayinələr zamanı cihazların düzgün və təhlükəsiz istifadəsini təmin etmək;
- Pasiyent məlumatlarının düzgün qeydiyyatını aparmaq;
- Təmizlik, gigiyena və təhlükəsizlik qaydalarına riayət etmək.
Əmək haqqı:
- Müsahibə əsasında namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin olunacaq;
- Azərbaycan Respublikası Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat.
İş rejimi:
- Növbəli;
- Nahar şirkət tərəfindən verilir.
Müraciət üçün: Qeyd olunan göstəricilərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “Nevroloji Tibb bacısı” qeyd edərək Müraciət Et düyməsində göstərilən mail ünvanına göndərmələri xahiş olunur.
Tələblər
- Orta tibb təhsil müəssisələrini “tibb bacısı”, “müalicə işi” və ya “mamalıq işi” ixtisası üzrə bitirməlidir;
- Ən azı 2 il əmək stajına malik olanlara üstünlük veriləcək;
- EEQ və EMQ cihazları ilə işləmə bacarığı üstünlük sayılır;
- Qanunvericiliklə müəyyən edilmiş müddətdə işlədiyi istiqamət üzrə təkmilləşdirmə kurslarında iştirak etməlidir və həmin kursların sertifikatına malik olmalıdır;
- Məsuliyyətli, diqqətli, işçilərinə dair tələbkar;
- Komanda iş və sürətli qərarlar bacarıqları önəmlidir.