AzerFloat

Nəzarət Ölçü Cihazları və Avtomatlaşdırma üzrə növbə mütəxəssisi

AzerFloat
Ə/h razılaşma ilə
1719
Növbəli iş
Sumqayıt, Azərbaycan
07.08.2025 03:11 - 07.09.2025 12:00

İş haqqında məlumat

  • İş yeri: Azerfloat QSC/ Sumqayıt Kimya Sənaye Parkı
  • Avtomatika və nəzarət-ölçü cihazlarında baş verən nasazlıqları təyin etmək, təmir etmək və ya yenisi ilə əvəz olunmasını təmin etmək;
  • NÖC (Nəzarət Ölçü Cihazları) və Avtomatika mühəndisinin hazırladığı texniki baxış planına uyğun olaraq cihazlara texniki baxışı vaxtında həyata keçirmək;
  • Avtomatika qurğu və cihazlarının təmiri və montajı zamanı alət və cihazlardan düzgün şəkildə istifadə etmək;
  • İstehsal prosesində və növbə ərzində baş verə biləcək texniki uyğunsuzluqları operativ şəkildə aradan qaldırmaq;
  • Avadanlıqların etibarlılığını vaxtaşırı yoxlamaq və parametrlərini izləmək;
  • Avtomatika avadanlıqlarının texniki istismar qaydalarına uyğun olaraq daima işlək vəziyyətdə olmasını təmin etmək;
  • İstehsal alqoritmlərini bilmək və SCADA sistemləri vasitəsilə prosesə nəzarət etmək, yaranmış xətaları analiz edib aradan qaldırmaq;
  • Zavod ərazisindəki qurğuların texniki sənədlərini (manuallar, sxemlər və s.) öyrənmək və tətbiq etmək;
  • Yerinə yetiriləcək işlə bağlı mövcud və potensial təhlükələri müəyyənləşdirmək və iş mühitinin təhlükəsizliyini təmin etmək.

İş şəraiti:

  • İş qrafiki: növbəli;
  • İş yeri: Sumqayıt Kimya Sənaye parkı;
  • Nahar əvəzi əlavə ödəniş verilir;
  • Tibbi sığorta;
  • Servis;
  • Əmək haqqı: Müsahibə zamanı namizədin bilik və bacarığına uyğun təyin olunacaqdır.

Mövzü yerinə “NÖC və Avtomatlaşdırma üzrə növbə mütəxəssisi” yazıb [email protected] elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

Tələblər

  • Müvafiq istiqamət üzrə ali təhsil;
  • Sahə üzrə 3-5 il iş təcrübəsi;
  • Microsoft Office;
  • İngilis və ya Rus dilləri arzuolunandır;
  • Məsuliyyət və dəqiqlik;
  • Analiz etmə qabiliyyəti;
  • Dəqiqlik və diqqətlilik;
  • Mexaniki və texniki düşüncə bacarığı.

Bilməlidir:

  • Avtomatika və NÖC sistemləri üzrə nəzəri və praktiki biliklər;
  • PLC, SCADA sistemləri ilə işləmə qaydalarını;
  • Nəzarət-ölçü cihazlarının quruluşunu və funksiyalarını;
  • Elektrik və avtomatika sxemlərini oxumağı;
  • Texniki diaqnostika, təmir və texniki baxış bacarığı;
  • Əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına ciddi riayət.