Burger King

Nəzarət şöbəsinin Növbə rəisi

Burger King
Ə/h razılaşma ilə
3161
Növbəli iş
Bakı, Azərbaycan
18/02/2026 - 04/03/2026

İş haqqında məlumat

  • Kameraları vasitəsilə restoranlar və obyektlərdə gündəlik fəaliyyətin müşahidə edilməsi;
  • Şöbənin əməkdaşlarının gündəlik işinin planlaşdırılması, tapşırıqların verilməsi və icrasına nəzarət edilməsi;
  • Restoranlarda bütün kassalarda maliyyə əməliyyatlarının düzgün aparılmasına nəzarət edilməsi, uyğunsuzluqların vaxtında qeydə alınması;
  • Kamera nəzarətinin fasiləsiz və effektiv şəkildə aparılmasını təşkil etmək, nəticələri təhlil etmək və qedlərin aparılmasına nəzarət etmək;
  • Oğurluq, daxili qayda pozuntuları və digər şübhəli halların araşdırılması, əldə edilən sübutların toplanması və rəsmi şəkildə sənədləşdirilməsi;
  • Qida və qeyri-qida məhsullarının istifadəsinin mövcud standartlara uyğunluğuna nəzarət, sui-istifadə hallarının qarşısının alınması;
  • Təhlükəsizlik risklərinin təhlili və bu risklərin minimuma endirilməsi üçün profilaktik tədbirlərin həyata keçirilməsi;
  • İnsidentlərin araşdırılması və məlumatların toplanaraq rəhbərliyə həm şifahi həm də yazılı şəkildə təqdim edilməsi;
  • Fövqəladə hallarda (yanğın, texniki nasazlıq və s.) ilkin məlumatların rəhbərliyə verilməsi və müvafiq dövlət qurumları (polis, FHN və s.) ilə əlaqələndirmənin təmin edilməsi;
  • Növbə ərzində restoranlarda təhlükəsizlik, intizam qaydalarının tam icrasına və müvafiq qeydlərin edilməsinə nəzarət;
  • Kameraların fasiləsiz işləməsinin izlənilməsi və nasazlıqlar barədə texniki komandaya məlumat verilməsi;
  • Müəssisə əməkdaşları tərəfindən iş yerində daxili qayda pozuntularının qarşısının alınması üçün müvafiq tədbirlərin görülməsi;
  • Nəzarət şöbəsinin rəhbərliyinə gündəlik, aylıq və rüblük hesabatların hazırlanaraq təqdim edilməsi.

İş şəraiti:

  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
  • Növbəli iş rejimi;
  • Müasir idarəetmə sistemi və mehriban kollektiv.

Tələblər

  • Orta ixtisas və ya ali təhsilli olması;
  • Monitorinq sahəsində 3 ildən az olmayaraq iş təcrübəsi;
  • Səlis azərbaycan dili bilikləri;
  • Ünsiyyət qurmaq və komandada işləmək bacarığı;
  • Yüksək müşahidə qabiliyyəti, analitik düşüncə və məsuliyyətlilik; 
  • Dürüstlük, etibarlılıq və nizam-intizamlı olmaq bacarığı;
  • Operativ qərarvermə və problem həll etmə bacarığı;
  • Araşdırma aparmaq, operativ qərar vermək və reaksiya göstərmək qabiliyyəti, stresə davamlılıq bacarığı;
  • Komandanı idarəetmə və təşkilatçılıq bacarığı;
  • Microsoft Office üzrə yaxşı biliklər və  kamera nəzarət sistemlərindən istifadə bacarığı ;
  • Azərbaycan Respublikası SQ hərbi xidmət keçmiş olması arzuolunandır.

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.

 


Oxşar vakansiyalar