hrin.az
Reklam

Nəzarət şöbəsinin növbətçisi

GFC MMC

Əmək haqqı: Razılaşma

165817 noyabr 2026
Təcrübə1-3 il
İş qrafikiNövbəli
ŞəhərBakı
CinsFərq etməz
YaşYaş fərqi yoxdur
Kompüter bilikləriYaxşı
TəhsilTam orta
Azərbaycan diliYaxşı
Rus diliYoxdur
İngilis diliYoxdur

İş haqqında

Vakansiya: Monitorinq üzrə mütəxəssis

Namizədə aid tələblər

  • Orta ixtisas və ya ali təhsil;
  • Monitorinq sahəsində 1 ildən az olmayaraq iş təcrübəsi;
  • Azərbaycan dilini səlis bilmək;
  • Komandada işləmək bacarığı;
  • Yüksək müşahidə qabiliyyəti, analitik düşüncə və məsuliyyətlilik;
  • Dürüstlük, etibarlılıq və nizam-intizam;
  • Rəhbərlərin əmrlərini vaxtında və düzgün icra etmək bacarığı;
  • Araşdırma aparmaq, operativ qərar vermək və reaksiya göstərmək qabiliyyəti, stresə davamlılıq;
  • Microsoft Office proqramları üzrə yaxşı biliklər və kamera nəzarət sistemlərindən istifadə bacarığı;
  • AR SQ-də hərbi xidmət keçmiş olmaq arzuolunandır.

Əsas vəzifə öhdəlikləri

  • Kameralar vasitəsilə restoranlarda gündəlik fəaliyyətin müşahidə edilməsi və lazımi qeydlərin aparılması;
  • Dələduzluq riskləri ilə bağlı halların izlənilməsi və nəzarət mexanizmlərinin effektivliyinin yoxlanılması;
  • Daxili qayda pozuntularının və şübhəli halların müəyyənləşdirilməsi, detallı araşdırmaların aparılması, qeydlərin hazırlanması və rəhbərliyə məruzə edilməsi;
  • Oğurluq və əmlakdan sui-istifadə hallarının aşkarlanması, qeydə alınması və rəhbərliyə vaxtında məruzə edilməsi;
  • Restoranlarda bütün kassalar üzrə maliyyə əməliyyatlarının düzgün aparılmasına nəzarət edilməsi, uyğunsuzluqların qeydə alınması və rəhbərliyə vaxtında məruzə edilməsi;
  • Restoranlarda mövcud seyflərlə bağlı maliyyə təhlükəsizliyi əməliyyatlarının düzgün aparılmasına nəzarət edilməsi, uyğunsuzluqların vaxtında qeydə alınması və rəhbərliyə məruzə edilməsi;
  • Kameraların fasiləsiz işləməsinin izlənilməsi və nasazlıqlar barədə texniki komandaya məlumat verilməsi;
  • İşçi heyətinin daxili qaydalara əməl etməsinə nəzarət edilməsi və intizam pozuntularının qeydə alınması;
  • Monitorinq fəaliyyəti ilə bağlı hesabatların təqdim edilməsi.

İş şəraiti

  • AR Əmək Məcəlləsinə əsasən rəsmi sənədləşmə;
  • Növbəli iş rejimi;
  • Müasir idarəetmə sistemi və mehriban kollektiv.
Reklam