Bakı,
Azərbaycan
06/01/2026
-
20/01/2026
İş haqqında məlumat
İşəgötürən: “GFC” MMC - KFC, Pizza Hut və Simit Sarayı restoranların şəbəkəsi
- Növbəli iş qrafikinə uyğun olaraq iş yerinə vaxtında gəlmək, növbəni daxili qaydalara əsasən qəbul etmək və təhvil vermək;
- Restorana daxil olan və çıxan şəxslərə, ümumi təhlükəsizlik rejiminə və daxili intizam qaydalarına nəzarət etmək;
- Restoran ərazisində quraşdırılmış videomüşahidə kameralarının, siqnalizasiya və digər təhlükəsizlik sistemlərinin fasiləsiz fəaliyyətinə nəzarət etmək;
- Restoranda yerləşən əmlakın, avadanlıqların və maddi dəyərlərin qorunmasını təmin etmək;
- Şübhəli halları vaxtında aşkar edərək rəhbərliyi məlumatlandırmaq;
- Aşkar edilmiş pozuntular, qüsurlar və təhlükə yaradan hallar barədə rəhbərliyə operativ məlumatı təqdim etmək, ilkin tədbirlər görmək;
- Münaqişəli vəziyyətlərin qarşısını almaq, yaranmış halları qanunvericiliyə və daxili qaydalara uyğun şəkildə nəzarətdə saxlamaq;
- Zərurət yarandıqda qaydaları pozan və ya münaqişə yaradan şəxsləri restorandan uzaqlaşdırmaq, ehtiyac olduqda hüquq-mühafizə orqanlarına müraciət etmək;
- Fövqəladə hallar (yanğın, qəza və digər) zamanı restoran ərazisində olan insanların təhlükəsizliyini təmin etmək, rəhbərliyi məlumatlandırmaq və zərurət olduqda müvafiq operativ xidmətləri çağırmaq;
- Yanğın təhlükəsizliyi, əmək mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına riayət olunmasına nəzarət etmək;
- Növbə zamanı baş verən hadisələr və görülən işlər barədə müəyyən olunmuş qaydada hesabat təqdim etmək;
- Rəhbərliyin tapşırıq və göstərişlərini vaxtlı-vaxtında və dəqiq icra etmək.
İş şəraiti:
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- Növbəli iş rejimi;
- Əmək haqqı - 560 azn;
- Müasir idarəetmə sistemi və mehriban kollektiv.
Tələblər
- Orta ixtisas və ya ali təhsilli olması;
- Müvafiq vəzifədə 1 ildən az olmayaraq iş təcrübəsi;
- Səlis azərbaycan dili bilikləri;
- Komandada işləmək bacarığı;
- Yüksək müşahidə qabiliyyəti, diqqətlilik və məsuliyyətlilik;
- Dürüstlük, etibarlılıq və nizam-intizamlı olmaq bacarığı;
- Rəhbərliyin əmrlərinin vaxtında və düzgün icrası;
- Stressli və fövqəladə vəziyyətlərdə operativ qərarvermə bacarığı;
- Azərbaycan Respublikası SQ hərbi xidmət keçmiş olması arzuolunandır.
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.