Moka Land əyləncə mərkəzi

Nəzarətçi (uşaq baxıcısı)

Moka Land əyləncə mərkəzi
586 ₼
688
Növbəli iş
Bakı, Azərbaycan
07/04/2026 - 21/04/2026

İş haqqında məlumat

  • Günün əvvəlində oyuncaqları təmizləyir, xüsusi məhlulla dezinfeksiya edir və səliqəli şəkildə düzür;
  • Gün ərzində oyuncaqların təmizliyinə və səliqəsinə nəzarət edir;
  • Qonaqları qarşılayır, onları oyun zalının qaydaları ilə tanış edir;
  • Qonaqların oyun zalının qaydalarına riayət etməsinə nəzarət edir;
  • Qonaqların oyuncaqlarla təhlükəsiz davranmasına nəzarət edir;
  • İş yerində təmizliyə və nizam-intizam qaydalarına daim əməl edir;
  • Qonaqların təhlükəsiz əyləncəsi üçün şərait yaradır;
  • Qonaqların oyundan həzz ala bilməsinə şərait yaradır;
  • Qonaqların bir-birinə mane olmamasına nəzarət edir.

İş rejimi:

  • İş yeri: Zefir Mall Ticarət Mərkəzi ( 2 ci mərtəbə ) Yasamal Yaşayış kompleksi ( MİDA )
  • İş vaxtı: 10:00-18:00, 12:00-20:00, 14:00-22:00 (bütün qrafiklərdə işləmək tələb olunur)

Əmək haqqı:

  • Başlanğıc əmək haqqı 586 manat təşkil edir (Müsahibə əsasında namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin olunacaq)
  • AR Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat

Tələblər

  • Təhsil: Ali və ya orta-texniki təhsilli (pedoqoji təhsil, uşaq baxçası müəlliminə üstünlük verilir).
  • İş təcrübəsi: Uşaqları və uşaqlarla işləməyi sevməli;
  • Azərbaycan və rus dillərini sərbəst bilməli
  • Stolüstü oyunları anlayan və oynamağı bacaran;
  • Ünsiyyətcil, gülərüz, hər cür konfliktdən qaçan
  • Problemli situasiyalardan çevik çıxmaq qabiliyyəti

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.