Bakı,
Azərbaycan
17.09.2025 11:42
-
17.10.2025 12:00
İş haqqında məlumat
- Günün əvvəlində oyuncaqları təmizləyir, xüsusi məhlulla dezinfeksiya edir və səliqəli şəkildə düzür;
- Gün ərzində oyuncaqların təmizliyinə və səliqəsinə nəzarət edir;
- Qonaqları qarşılayır, onları oyun zalının qaydaları ilə tanış edir;
- Qonaqların oyun zalının qaydalarına riayət etməsinə nəzarət edir;
- Qonaqların oyuncaqlarla təhlükəsiz davranmasına nəzarət edir;
- İş yerində təmizliyə və nizam-intizam qaydalarına daim əməl edir;
- Qonaqların təhlükəsiz əyləncəsi üçün şərait yaradır;
- Qonaqların oyundan həzz ala bilməsinə şərait yaradır;
- Qonaqların bir-birinə mane olmamasına nəzarət edir.
İş rejimi:
- İş yeri: Xətai m/s-nın yaxınlığı;
- İş vaxtı: Növbəli.
Əmək haqqı:
- Başlanğıc əmək haqqı 600 manat təşkil edir (Müsahibə əsasında namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin olunacaq);
- AR Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat.
Müraciət üçün:
- Bu vakansiya ilə maraqlanan namizədlər öz CV-rezümelərini mövzu hissəsində “Nəzarətçi” qeyd etməklə qeyd olunan e-poçt ünvanına ya da (055) 400-17-71 whatsapp nömrəsinə göndərmələri xahiş olunur.
- DİQQƏT: yalnız qeyd olunmuş ünvanına göndərilən müraciətlərə baxılacaq – zəng üzərindən sorğular qəbul olunmur.
Tələblər
- Ali və ya orta-texniki təhsilli (pedoqoji təhsil, uşaq baxçası müəlliminə üstünlük verilir);
- Uşaqları və uşaqlarla işləməyi sevməli;
- Azərbaycan və rus dillərini sərbəst bilməli;
- Stolüstü oyunları anlayan və oynamağı bacaran;
- Ünsiyyətcil, gülərüz, hər cür konfliktdən qaçan;
- Problemli situasiyalardan çevik çıxmaq qabiliyyəti.