Glassica

NÖÇ və Avtomatika üzrə elektrik

Ə/h razılaşma ilə
3676
Tam iş günü
Bakı, Azərbaycan
09.04.25 - 09.05.25

İş haqqında məlumat

  • Alçaq gərginlikli elektrik veriliş xətlərinin diaqnostik (Avtomatika siqnal dövrələrinin) müayinəsinin həyata keçirilməsi, nasazlıqların (səth çatlarının əmələ gəlmə, qırılma, əyilmə, izolyatorun ərimə və s.) aşkar edilməsi, onların bərpası, quraşdırılması və elektrik müqavimətinin yoxlanılması;
  • Elektrik lövhə, bloklarda və digər konstruksiyalarda quraşdırılmış avtomatik idarəetmə və tənzimləmə avadanlıqlarının diaqnostik müayinəsinin həyata keçirilməsi, nasazlıqların aşkar edilməsi, bərpası və quraşdırılması;
  • Nəzarət-ölçü cihaz və avtomatika (NÖC və A) vasitələrinə texniki baxışların keçirilməsi, qurulması, tənzimlənməsi, sazlanması və işə salınmasının həyata keçirilməsi;
  • Sadə sxem və blokların zədələnmə, kirlənmə, yad elementlərinin daxil olmasına vizual baxışların keçirilməsi və təmizlənməsi, Hissələrin (detalların) lehimləmə işlərinin aparılması;
  • Texniki baxış planına uyğun olaraq avtomatika cihazlarının texniki baxışının zamanında həyata keçirilməsi;
  • Texniki baxış və təmir üzrə aparılmış işlərin qeyd edilməsi və protokolların yazılması
  • İş növbəsi üzrə təhvil-təslim prosesinin həyata keçirilməsi;
  • İş qrafiki: növbəli;
  • İş yeri: Sumqayıt Kimya Sənaye parkı;
  • 20 Yanvar metro stansiyasından servis.

Tələblər

  • Müvafiq istiqamət üzrə ali təhsil;
  • Sahə üzrə 3 il iş təcrübəsi;
  • Microsoft Office;
  • Məsuliyyət və dəqiqlik; 
  • Analiz etmə qabiliyyəti;
  • Detallara diqqətlilik;
  • Mexaniki və texniki düşüncə bacarığı;
  • İstehsalat proseslərinin avtomatlaşdırılması;
  • PLC və Skada;
  • HMİ panellər;
  • İnvertorlar (motor sürücü);
  • step motor sürücülər;
  • temperatur və təzyiq ölçü cihazları;
  • Ölçü texnikasının əsasları və texniki xarakteristikaları. Əsas texnoloji parametrlərin ölçü vahidləri və onların ölçü vahidləri arasında keçid formulaları;
  • Ölçü xətaları və onların hesablanma qaydaları, kalibrovka olunması;
  • Avtomatik idarə etmənin və tənzimlənmənin əsasları;
  • Elektrotexnikanın əsasları;
  • Elektrik müqavimətinin ölçmə cihazlarının istismar qaydaları;
  • Avtomatik idarəetmə, tənzimləmə, nəzarət-ölçü cihaz və avadanlıqların istehsalda quraşdırılma plan və xəritəsini;
  • Avadanlıqların quraşdırma çertyoju, elektrik diagramların oxuma bacarığı;
  • Lehimləmə işlərinin aparılma qaydaları;
  • Elektrik avadanlıqların yoxlanılmasında istifadə olunan alətlərin iş prinsipini.