Bakı,
Azərbaycan
06.10.2025 05:15
-
06.11.2025 12:00
İş haqqında məlumat
Ünvan:Heydər Əliyev adına Neft Emalı Zavodu (Bakı)
- SƏTƏM standartlarına, qanunvericiliyə, istismar qaydalarına və qurumun prosedurlarına riayət edilməsi;
- NÖC və avtomatika avadanlıqlarının təmir işləri ilə əlaqədar həftəlik və aylıq hesabatların hazırlanması;
- SAP sistemi üzərindən günlük və həftəlik işlərin texniklər arasında bölüşdürülməsi, təmir və sazlama işlərinin təşkil olunması və keyfiyyətə nəzarət;
- Qəza duruşlarında NÖC və avtomatika cihazlarının nasazlıqlarının ən qısa müddətdə aradan qaldırılması;
- İş sahəsində alət və materialların vaxtında təmin olunması, işdən sonra təmizlik və ətraf mühitin çirklənməsinin qarşısının alınması;
- SAP sistemi üzərindən yeni iş bildirişlərinin yaradılması, iş sifarişlərinin yoxlanılması və tədbirlərin görülməsi;
- İşlədiyi struktur bölmələrdə bütün NÖC və avtomatika avadanlıqlarının önləyici və bərpaedici təmirinin təlimatlara uyğun həyata keçirilməsi;
- Ehtiyat hissələrin müəyyən edilməsi, sifarişi və SAP üzərindən izlənməsi;
- Hazırlanmış iş qrafikinə uyğun olaraq işçilərin düzgün bölüşdürülməsi və verilən tapşırıqların vaxtında yerinə yetirilməsinə nəzarət;
- Nəzarətində olan işçilərə lazımi təlimlərin verilməsi və nəticələrin böyük mühəndisə bildirilməsi;
- Podratçı şirkətlərin NÖC və avtomatika üzrə təmir işlərinə nəzarət;
- Korporativ mədəniyyət dəyişikliyinə töhfə vermək və yeni proseslərə çevik uyğunlaşmaq.
Tələblər
- Müvafiq sahə üzrə minumum 3 il iş təcrübəsi;
- İstifadə olunan NÖC və avtomatika cihazlarının, idarəetmə klapanlarının işləmə prinsiplərini bilmək;
- DCS (Distributed Control System), ESD (Emergency Shutdown), F&G (Fire & Gas) kimi idarəetmə sistemlərinin əsaslarını anlamaq;
- Prosesə dair P&ID (Piping and Instrumentation Diagram) sxemlərini və sxematik diaqramları oxumaq və analiz etmək bacarığı;
- Texniki sənədlərin hazırlanması və layihə mərhələlərində – satınalma, tikinti və istismar proseslərində mühəndislik dəstəyi göstərmək;
- Nəzarət ölçü cihazlarının və avtomatik idarəetmə vasitələrinin qeydiyyatının aparılması, vaxtında kalibrlənməsi və texniki baxışlara nəzarət etmək;
- İstifadə olunan sistemlərin (PLC, HMI, DCS) aparat və proqram təminatlarının yenilənməsi, reviziyası və tənzimlənməsi bacarığı;
- Honeywell C300 & HC900, Siemens S7-400 kimi sistemlərlə iş təcrübəsi;
- HMI üçün operator interfeyslərinin, məntiq və alqoritmlərin yaradılması və ya dəyişdirilməsi bacarığı.