AIMC (Azerbaijan International Mining Company)

Növbə Mühəndisi (Ağdərə)

AIMC (Azerbaijan International Mining Company)
Ə/h razılaşma ilə
392
Tam iş günü
Ağdərə, Azərbaycan
03/08/2026 - 17/08/2026

İş haqqında məlumat

  • Nasos stansiyaları, nəm tullantı anbarı (TSF) və digər əlaqəli mexaniki avadanlıqların təhlükəsiz, etibarlı və fasiləsiz istismarını təmin etmək;
  • Nasoslar, mühərriklər, boru xətləri, klapanlar və digər mexaniki sistemlər üzrə planlı (qabaqlayıcı) və cari təmir işlərini təşkil etmək və icrasına nəzarət etmək;
  • Nəm tullantı anbarında istifadə olunan nasos və mexaniki avadanlıqların texniki vəziyyətini izləmək və fasiləsiz işləməsini təmin etmək;
  • Avadanlıqlarda yaranan nasazlıqları operativ müəyyən etmək, səbəblərini araşdırmaq və aradan qaldırılması üçün tədbirlər görmək;
  • Ehtiyat hissələrinə olan tələbatı müəyyən etmək, siyahılar hazırlamaq və sifariş prosesində iştirak etmək;
  • Avadanlıqların texniki baxış və profilaktik xidmət cədvəllərinin icrasına nəzarət etmək;
  • Texniki sənədləri, sxemləri və çertyojları oxumaq və tətbiq etmək;
  • Təmir və texniki xidmət işləri üzrə hesabatlar hazırlamaq və avadanlıqların fəaliyyət göstəricilərini izləmək;
  • Əməyin mühafizəsi, sənaye təhlükəsizliyi və ətraf mühitin mühafizəsi qaydalarına riayət olunmasını təmin etmək;
  • İstehsalat, texniki xidmət və digər aidiyyəti şöbələrlə koordinasiyalı əməkdaşlıq etmək.

İş yeri və şəraiti

  • Ağdərə ərazisində çalışan əməkdaşlar üçün yaşayış yerinin təmin edilməsi;
  • Yemək xərclərinin qarşılanması;
  • Tibbi sığorta;
  • Korporativ iş mühiti və karyera inkişaf perspektivləri.

Tələblər

  • Mexanika Mühəndisliyi, Proseslərin Avtomatlaşdırılması Mühəndisliyi, Meliorasiya və Su Təsərrüfatı Tikintisi Mühəndisliyi və ya digər əlaqəli ixtisas üzrə ali təhsil;
  • Müvafiq sahə üzrə iş təcrübəsi üstünlük hesab olunur;
  • Nasoslar, mühərriklər və mexaniki avadanlıqlara aid texniki sənədləri, sxemləri və çertyojları oxumaq bacarığı;
  • Nasos sistemləri və onların istismarı barədə texniki biliklər;
  • Analitik düşünmə və problem həll etmə bacarığı;
  • Komandada işləmək və operativ qərar qəbul etmək bacarığı;
  • Məsuliyyətlilik, diqqətlilik və yüksək təşkilatçılıq bacarığı.
  • Namizədilərin Bərdə, Ağdam, Tərtər və Ağdərə və yaxın bölgələrdən olması arzuolunandır;
  • Məcburi köçkünlərə üstünlük veriləcəkdir;

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilərlər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun