Sumqayıt,
Azərbaycan
23/04/2026
-
07/05/2026
İş haqqında məlumat
- Şüşə butulka istehsal xəttində quraşdırılmış avadanlıqların fasiləsiz və təhlükəsiz işləməsini təmin etmək;
- İstehsalat zamanı yaranan mexaniki nasazlıqları operativ şəkildə aşkar etmək və aradan qaldırmaq;
- Avadanlıqların, aqreqatların və mexanizmlərin sökülməsi, yığılması, təmiri və tənzimlənməsini həyata keçirmək;
- Nəzarət-ölçü cihazlarının texniki vəziyyətinə nəzarət etmək;
- Planlı-profilaktik təmir işlərində iştirak etmək;
- Köhnəlmiş hissələrin bərpasını və dəyişdirilməsini təmin etmək;
- Avadanlıqların düzgün quraşdırılması və saz vəziyyətdə saxlanmasına nəzarət etmək;
- Növbə ərzində avadanlıqların işinə nəzarət etmək və yaranan kənarlaşmaları aradan qaldırmaq;
- Növbə təhvil-təslimi zamanı texniki vəziyyət barədə məlumat vermək;
- Görülmüş işlər üzrə müvafiq qeydiyyat aparmaq;
- SƏTƏM və daxili təhlükəsizlik qaydalarına riayət etmək;
- Rəhbərlik tərəfindən verilən digər tapşırıqları icra etmək.
İş şəraiti:
- İş qrafiki: Növbəli
- İş yeri Sumqayıt
- Nahar əvəzi əlavə ödəniş
- Servis xidməti mövcuddur
- Əmək haqqı: namizədin bilik və bacarıqlarına uyğun olaraq müsahibə zamanı müəyyən ediləcək
Tələblər
- Texniki peşə və ya orta ixtisas təhsili;
- Müvafiq sahə üzrə iş təcrübəsi arzuolunandır;
- Mexaniki avadanlıqların təmiri və istismarı üzrə biliklər;
- Məsuliyyətli, diqqətli və operativ olmaq;
- Növbəli iş rejimində işləmək bacarığı.
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.
Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz! Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.