AzərEnerji ASC

Növbətçi elektrik montyoru

AzərEnerji ASC
Ə/h razılaşma ilə
3036
Tam iş günü
Bakı, Azərbaycan
12.09.2025 09:37 - 12.10.2025 12:00

İş haqqında məlumat

  • İstehlakçıların fasiləsiz və etibarlı elektrik enerjisi ilə fasiləsiz təchizatı, Y/st-dа etibarlı iş rejiminin təmin edilməsində iştirak etmək;
  • Yarımstansiyada rejiminin sutka ərzində düzgün aparılmasına nəzarət etmək;
  • Rejimin dəyişməsi ilə əlaqədar olan sifarişlərin işlənməsində iştirak etmək;
  • Yarımstansiya üzrə yük və gərginliyin səviyyəsinin ölçülməsində iştirak etmək;
  • Sifariş və əməliyyat blanklarına əsaslanaraq Y/st-dа planlı açılmalarda iştirak etmək, avadanlıqları açmaq və əməliyyatdan sonra qoşmaq;
  • Sifarişlərə əsasən avadanlıqların təmirə çıxma sxemin hazırlamaq, təmir, təftiş və sınaqdan sonra sxemi normal vəziyyətə gətirmək;
  • Operativ əməliyyatların aparılması zamanı avtomatika və mühafizənin ən qısa müddətdə işdən çıxmasını təşkil etmək;
  • Yarımstansiyanın normal və qəza sxemlərinin hazırlanmasında iştirak etmək;
  • Y/st-nın ayrı-ayrı elementləri və qida mənbəyi işdən çıxan zaman qəza sxeminin dəqiq yerinə yetirilməsi;
  • Yarımstansiyada qeyri-normal rejimin aradan qaldırılması üçün bütün tədbirlərin görülməsində iştirak etmək;
  • Təlimata əsasən Y/st-dа olan dəyişiklikləri tez və tam dispetçer sxemində qeyd etmək, torpaqlama və başqa şərti işarələri göstərmək;
  • Növbə ərzində Y/st-dа quraşdırılmış bütün avadanlıqların, cihazların və aparatların işləməsinə nəzarət etmək;
  • Qəza hallarının ləğv edilməsi;
  • Avadanlığın təmir edilməsi;
  • Növbə zamanı avadanlıqlara baxış keçirilməsi;
  • Naryad-buraxılış zamanı iş yerini hazırlamaq;
  • ƏM, TT, Tİ və YM qaydalarına əməl etməsi.

Tələblər

  • Təhsil Pilləsi:Orta;
  • İş təcrübəsi:tələb olunmur;
  • Sertifikatlar:Olması üstünlükdür;
  • Tələb olunan kompyuter bilik səviyyəsi:Word;
  • Tələb olunan xarici dil bilik səviyyəsi:Rus dili - orta;
  • Səriştəlilik:Yarımstansiyada elektrik avadanlıqların iş prinsiplərini,texniki və təşkilati tədbirləri dəqiq bilmək. Gərgin iş şəraitində işləmək,operativ qərar vermə,diqqətlilik bacarığı.
     

Namizəd bilməlidir:

  • Elektrotexnikanın nəzəri əsasları;
  • Elektrik avadnlıqlarının quruluşu və iş prinsipi, iş rejimləri və avadanlıqların xarakteristikası;
  • Transformator və generator qurğularının quruluşu, iş priinsipi və texniki iqtisadi göstəricilərini;
  • Qəza rejimində y/st-nın etibalı iş rejimini təmin edilməsi sxemini;
  • Operativ açıb-qoşma əməliyatının düzgün aparılması qaydalarını;
  • ƏM, TT, Tİ və YT qaydalarını və təlimatlarını;
  • Elektrik sxemlərində dəyişiklik aparılması;
  • Elektrik avadanlıqlarında nasazliqların aşkar edilməsi və onların aradan qaldırılması;
  • Y/st-nın rele mühafizəsi və avtomatika sxemlərini.