Sumqayıt,
Azərbaycan
26/01/2026
-
09/02/2026
İş haqqında məlumat
- Öz bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün şəffaf seçim prosesi;
- Müvəffəqiyyətli karyera üçün sizə lazım olacaq fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək imkanı;
- Daim araşdırmaq, yeniliyə və təşşəbüskarlığa önəm verən xarici və yerli peşəkarlarla təcrübə mübadiləsi imkanı;
- Davamlı inkişafda olan peşəkar komandanın üzvü olmaq imkanı;
Vəzifə və Öhdəlikləri:
- Növbə ərzində zavod ərazisində yerləşən elektrik avadanlıqlarında gündəlik qrafikə uyğun olaraq profilaktik baxım və texniki qulluqların həyata keçirilməsi;
- Elektrik ölçü avadanlıqları vasitəsi ilə elektrik parametrlərinin ölçülməsi və qüsur haqqında düzgün informasiya vermək bacarığı;
- Elektrik avadanlıqlarında yaranan nasazlıqların operativ şəkildə aşkar edilməsi və aradan qaldırlması;
- Elektrik qurğularına növbə ərzində daimi nəzarət və rəhbər şəxslərin (tabeçiliyi olan şəxslərin) tapşırıqlarını yerinə yetirmək;
- Operativ jurnalların doldurulması və növbə təhvil-təsliminin düzgün aparılması;
- Qəza hallarının və bədbəxt halların baş verməməsi üçün TTQ,YT və TİQ qaydalarına ciddi riayət etmək;
- Elektrik avadanlıqlarının fasiləsiz və dayanıqlı işinin təmin edilməsi;
İş şəraiti:
- İş yeri-Sumqayıt;
- İş rejimi: növbəli;
- Nahar pulu;
- Servis;
- Könüllü tibbi sığorta;
- Əmək haqqı: Müsahibə zamanı namizədin bilik və bacarığına uyğun təyin olunacaqdır
Tələblər
- Elektrik mühəndisliyi, elektroenergetika və ya oxşar sahə üzrə ali və ya orta ixtisas təhsili
- Müvafiq sahə üzrə minimum 3-5 il iş təcrübəsi;
- Müvafiq ixtisas sertifikatları (məsələn, elektrik təhlükəsizliyi üzrə) arzuolunandır
- Məsuliyyətli və diqqətli olmaq;
- Stress altında və növbəli iş rejimində işləmək bacarığı;
- Operativ qərarvermə və komanda ilə işləmə bacarığı;
- Yüksək məsuliyyət və intizam;
- İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.