AzerFloat

Növbətçi-elektrik montyoru

AzerFloat
Ə/h razılaşma ilə
327
Növbəli iş
Sumqayıt, Azərbaycan
14/09/2026 - 28/09/2026

İş haqqında məlumat

  • Növbə ərzində zavodun elektrik təchizatı sisteminin və elektrik avadanlıqlarının fasiləsiz, etibarlı və dayanıqlı işinin təmin edilməsi;
  • Elektrik qurğularının iş rejiminə növbə boyu daimi operativ nəzarətin təşkili və əsas göstəricilərin izlənməsi
  • Təsdiq olunmuş qrafikə uyğun olaraq elektrik avadanlıqlarında profilaktik baxışların və texniki qulluğun həyata keçirilməsi;
  • Elektrik ölçü cihazları vasitəsilə parametrlərin ölçülməsi, nəticələrin qiymətləndirilməsi və aşkar olunan qüsurlar barədə vaxtında, düzgün məlumatın verilməsi;
  • Elektrik avadanlıqlarında yaranan nasazlıqların operativ aşkarlanması və aradan qaldırılması;
  • Operativ jurnalların dəqiq aparılması və növbə üzrə məsul şəxslərin tapşırıqlarının vaxtında və keyfiyyətli icrası;
  • Qəza və bədbəxt hadisələrin qarşısının alınması məqsədilə texniki təhlükəsizlik (TTQ), yanğın təhlükəsizliyi (YT) və texniki istismar (TİQ) qaydalarına ciddi riayət edilməsi

Tələblər

  • Elektrik mühəndisliyi, elektroenergetika və ya oxşar sahə üzrə ali və ya orta ixtisas təhsili;
  • Müvafiq sahə üzrə minimum 3-5 il iş təcrübəsi;
  • Müvafiq ixtisas sertifikatları (məsələn, elektrik təhlükəsizliyi üzrə) arzuolunandır
  • Məsuliyyətli və diqqətli olmaq;
  • Stress altında və növbəli iş rejimində işləmək bacarığı;
  • Operativ qərarvermə və komanda ilə işləmə bacarığı;
  • Yüksək məsuliyyət və intizam;
  • İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;

İş şəraiti: 

  • İş yeri - Sumqayıt;
  • İş rejimi:  növbəli;
  • Nahar pulu;
  • Servis;
  • Könüllü tibbi sığorta;
  • Əmək haqqı: Müsahibə zamanı namizədin bilik və bacarığına uyğun təyin olunacaqdır