Bridge Group of Companies

Ödənişlər üzrə mühasib

Bridge Group of Companies
Ə/h razılaşma ilə
4249
Tam iş günü
Bakı, Azərbaycan
09/02/2026 - 23/02/2026

İş haqqında məlumat

  • Bank və kassa əməliyyatlarının aparılması və uçotu
  • Təchizatçılara, podratçılara və digər tərəfdaşlara ödənişlərin icrası
  • Vergi və digər dövlət orqanlarına ödənişlərin vaxtında icrası
  • Bank çıxarışlarının gündəlik yoxlanılması və mühasibat uçotu ilə uyğunlaşdırılması
  • Ödəniş sənədlərinin (ödəniş tapşırıqları, hesab-fakturalar, elektron qaimələr və s.) hazırlanması və nəzarəti
  • Debitor və kreditor borclarının uçotu və analizi
  • Mühasibat proqramında (1C və ya digər) ödənişlərin düzgün əks etdirilməsi
  • Aylıq hesabatların hazırlanmasında iştirak

İş şəraiti:

  • Ünvan: Baş ofis, Bridge Plaza, Bakı
  • İş saatları: 09:30 – 18:00
  • İş qrafiki: 5/2

Tələblər

  • Ali təhsil (maliyyə və ya mühasibatlıq ixtisası üzrə);
  • Müvafiq sahə üzrə minimum 1–3 il iş təcrübəsi;
  • Bank əməliyyatları və ödəniş sistemləri üzrə təcrübə;
  • MS Excel və digər Office proqramlarında işləmə bacarığı;
  • Mühasibatlıqla bağlı yerli qanunvericilik üzrə biliklər;
  • Diqqətli, məsuliyyətli və operativ işləmə bacarığı;
  • Analitik düşüncə və vaxtın düzgün idarə edilməsi qabiliyyəti

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.


Oxşar vakansiyalar