Bakı,
Azərbaycan
28.10.2025 00:00
-
28.11.2025 00:00
İş haqqında məlumat
Bu proqramın məqsədi – dəstək xidmətində istifadəçi müraciətlərinə operativ və səmərəli cavab verəcək, texniki problemlərin ilkin həllini təmin edəcək və peşəkar mühitdə təcrübə qazanacaq kadrların hazırlanmasıdır. Təcrübə müddətində iştirakçılar real iş mühiti ilə tanış olacaq, müştəri dəstəyi, IT infrastrukturu və texniki yardım proseslərində praktiki bacarıqlar qazanacaqlar.
Təcrübə proqramının təşkilatçıları:
- Təlimçi müəssisə: Clopos MMC;
- Ünvan: Bakı şəhəri, Sabit Orucov küçəsi 13;
- Təlim forması: Əyani (5 gün, gündə 5 saat);
- Proqramın müddəti: 3 ay;
- Təcrübə müddətində aylıq təqaüd məbləği: 200 azn.
İştirak üçün ilkin şərtlər:
- Rəsmi işsiz kimi qeydiyyatda olmaq;
- Adına aktiv VÖEN-in olmaması (varsa dondurmaq);
- Əyani təhsil almamaq.
Proqramdan əldə ediləcək üstünlüklər:
- Ödənişli təcrübə dövrü;
- Real müştəri dəstəyi sistemində praktiki iş;
- IT və kommunikasiya sahəsində peşəkar inkişaf;
- Təlim və mentor dəstəyi;
- Uğurlu iştirakçılara daimi iş imkanı.
Müraciət qaydası:
Maraqlanan namizədlər CV-lərini və ya müraciət formalarını Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.
Tələblər
- Yaş həddi: 20 – 30 yaş;
- Təhsil: Orta ixtisas və ya ali təhsil;
- İxtisas: Fərq etmir;
- İş təcrübəsi: Vacib deyil (lakin üstünlükdür);
- Dil bilikləri: Azərbaycan dilində səlis danışıq və yazı, Türk və ya Rus dillərindən birini bilmək (İngilis dili üstünlükdür);
- İT bilikləri: MS Windows, MS Office, internet və e-poçt tətbiqləri;
- Əlavə bacarıqlar: İstifadəçilərlə etik ünsiyyət qurmaq, texniki problemləri müəyyənləşdirmək və həll etmək, dəqiq, nəzakətli və operativ işləmək bacarığı.