hrin.az
Reklam
10226 noyabr 2026
Təcrübə1-3 il
İş qrafikiTam iş günü
ŞəhərBakı
CinsFərq etməz
YaşYaş fərqi yoxdur
Kompüter bilikləriYaxşı
TəhsilBakalavr
Azərbaycan diliYaxşı
Rus diliOrta
İngilis diliOrta

İş haqqında

İşin təsviri

Əsas vəzifə öhdəlikləri

  • Müəssisəyə gələn vətəndaşların, qonaqların və digər ziyarətçilərin qarşılanmasını, qeydiyyatını və müvafiq struktur bölmələrə yönləndirilməsini təmin etmək;

  • Qəbul sahəsinin gündəlik fəaliyyətini təşkil etmək və ziyarətçilərə ilkin inzibati məlumatlandırma xidmətini göstərmək;

  • Müəssisəyə daxil olan ziyarətçilərin qeydiyyatını aparmaq, zəruri məlumatları qeydiyyat jurnalına və ya elektron sistemə daxil etmək;

  • Rəhbərliyin və struktur bölmə rəhbərlərinin qəbul qrafikinə uyğun olaraq görüş və qəbulların təşkilində iştirak etmək;

  • Əvvəlcədən təyin edilmiş görüşləri qeydiyyata almaq və aidiyyəti şəxsləri görüşlər barədə vaxtında məlumatlandırmaq;

  • Daxil olan telefon zənglərini cavablandırmaq, zəngləri müvafiq şəxslərə yönləndirmək və ilkin məlumatları təqdim etmək;

  • Daxil olan yazılı sənədləri və müraciətləri qəbul etmək, müəyyən edilmiş qaydada aidiyyəti üzrə yönləndirmək;

  • Ziyarətçilərin gözləmə və qəbul prosesinin nizamlı şəkildə təşkilini təmin etmək;

  • Müəssisədaxili iclaslar, görüşlər və tədbirlərlə bağlı məlumatlandırma və təşkilati işlərdə iştirak etmək;

  • Qəbul sahəsinin səliqəli, nizamlı və lazımi avadanlıqlarla təmin olunmuş vəziyyətdə saxlanılmasına nəzarət etmək;

  • Ziyarətçilərlə ünsiyyət zamanı etik davranış və xidməti ünsiyyət qaydalarına riayət etmək;

  • Ziyarətçilərə və müəssisəyə daxil olan müraciətlərə dair məlumatların məxfiliyini qorumaq;

  • Gündəlik qeydiyyat məlumatlarını, qeydləri və fəaliyyətlə bağlı hesabatları aparmaq;

  • Rəhbərlik tərəfindən verilən xidməti tapşırıqları və digər inzibati işləri öz səlahiyyətləri çərçivəsində yerinə yetirmək.

Namizədə tələblər

  • Ali təhsil;

  • Müvafiq sahədə 1–3 il iş təcrübəsi;

  • Azərbaycan dilində səlis şifahi və yazılı ünsiyyət bacarığı;

  • Xarici dil bilikləri üstünlükdür;

  • Yüksək ünsiyyət və təqdimetmə bacarığı;

  • Nəzakətli, diqqətli və etik davranış;

  • Operativlik və məsuliyyətlilik;

  • Güclü təşkilatçılıq və koordinasiya bacarığı;

  • Stressli vəziyyətlərdə düzgün qərarvermə və işləmək bacarığı;

  • Komandada işləmək bacarığı;

  • Eyni zamanda bir neçə tapşırığı idarə etmək və işləri prioritetləşdirmək bacarığı.

Namizəd aşağıdakıları bilməlidir

  • Xidməti etik davranış və işgüzar ünsiyyət qaydalarını;

  • Sənədləşmə və qeydiyyat işlərinin aparılması qaydalarını;

  • Vətəndaşların qəbulu və müraciətlərin aidiyyəti üzrə yönləndirilməsi prosedurlarını;

  • Microsoft Office proqramlarından və elektron qeydiyyat sistemlərindən istifadə qaydalarını;

  • Telefon danışıqlarının aparılması və işgüzar yazışma qaydalarını;

  • Məlumatların düzgün qeydiyyatı, saxlanılması və məxfiliyinin qorunması prinsiplərini.

Reklam