Bakı,
Azərbaycan
10.09.2025 10:16
-
10.10.2025 12:00
İş haqqında məlumat
- Ofisin gündəlik fəaliyyətlərini, inzibati işləri və dəstək xidmətlərini təşkil və nəzarət etmək;
- Təchizatçılar və podratçılarla münasibətləri idarə etmək, xidmət keyfiyyəti və xərclərin effektivliyinə nəzarət etmək;
- Müraciətlər, hadisələr və ya xidmətlə bağlı məsələləri operativ və effektiv şəkildə həll etmək;
- İş mühitinin səmərəliliyini, əməkdaş məmnunluğunu və xidmət keyfiyyətini artırmağa yönəlmiş təşəbbüslər etmək;
- Ofis üçün tələb olunan malların, avadanlıqların və xidmətlərin satınalma prosesini idarə etmək, sifarişlərin vaxtında və büdcəyə uyğun şəkildə təmin olunmasını təmin etmək;
- Ofis avadanlıqlarının və infrastrukturun (IT, texniki avadanlıqlar, kommunal sistemlər və s.) işlək vəziyyətdə olmasına nəzarət etmək, zəruri texniki xidmətlərin təşkilini həyata keçirmək;
- İnzibati heyətin və şirkət nəqliyyat vasitələrinin iş qrafiklərini və davamiyyətini izləmək, daxili qaydalara uyğunluğunu təmin etmək;
- Ezamiyyətlərə gedəcək əməkdaşların nəqliyyatla təmin olunmasını təşkil etmək;
- Şirkətin təhlükəsizlik, təmizlik və digər texniki dəstək xidmətlərinə nəzarət etmək.
Maraqlanan namizədlər cv-lərini Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Mövzu yerində vakansiyanın adını qeyd etməyiniz mütləqdir.
Tələblər
- Ofis Əməliyyatları Meneceri, İnzibati Menecer və ya oxşar sahədə iş təcrübəsi;
- Kollektivlə işləmək bacarığı;
- Operativlik, məsuliyyətlilik, detallara diqqət etmə bacarığı;
- Yüksək təşkilatçılıq qabiliyyəti, ünsiyyət bacarığı və problem həll etmə bacarığı;
- MS Office proqramları üzrə sərbəst istifadə bacarığı, ERP/CRM sistemləri ilə tanışlıq üstünlükdür;
- Azərbaycan dilində səlist danışıq və yazı qabiliyyəti (Rus və ingilis dili üstünlükdür);
- Təzyiq altında işləmək, bir neçə işi paralel idarə etmək və son tarixlərə riayət etmək bacarığı;
- Hesabatların hazırlanması bacarıqları;
- Sürətlə inkişaf edən şirkət mühitində çevik və uyğunlaşma qabiliyyətli olmaq.